Allah-Taala bu surəni davamlı oxuyana heç vaxt əzab verməz
Mьəllif: admin1
Tarix: 21-11-2022, 10:12
Allah-Taala bu surəni davamlı oxuyana heç vaxt əzab verməz
Qurani-Kərimin 25-ci surəsi olan “Furqan” (və yaxud “Təbarək”) surəsi Məkkədə nazil olmuş və 77 aydən (896 söz və 3877 hərfdən) ibarətdir.

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

وَمَنْ قَرَأَ سُورَةَ الْفُرْقَانَ، بُعِثَ يَوْمَ الْقِيَامَةِ وَهُوَ مُوقِنٌ بِأَنَّ السَّاعَةَ آتِيَةٌ لَا رَيْبَ فِيهَا، وَأُدْخِلَ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ

“Hər kim “Furqan” surəsini tilavət etsə (surənin möhtəvası üzərində düşünüb hökmlərinə əməl etsə), qiyamət gününə yəqin etdiyi, qiyamət gününün yetəcəyinə şəkk-şübhə etməyəcəyi halda qəbirdən baş qaldırar və hesabsız cənnətə daxil olar.” (“Məcməül-bəyan”, uyğun ayənin təfsirində.)

İshaq ibn Əmmar imam Kazimin (ə) belə buyurduğunu nəql edir:

لا تدع قراءة سورة " تبارك الذي نزل الفرقان على عبده " فان من قرأها في كل ليلة لم يعذبه الله أبدا، ولم يحاسبه، وكان منزله في الفردوس الاعلى...

““Təbarək” (“Furqan”) surəsini oxumağı tərk etmə! Çünki hər kim onu hər gecə oxusa, Allah-Taala ona heç vaxt əzab verməz, ondan hesab çəkməz və ona “behitşti-əla”da yer ayırar.” (“Nurus-səqəleyn”, 4-cü cild, səh.2; “Təfsiri-nümunə”dən nəqlən, 15-ci cild, səh.5.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930