Ailə həyatını şirin edən 5 addım
Mьəllif: admin1
Tarix: 21-11-2022, 10:16
Ailə həyatını şirin edən 5 addım
Ailə quran cütlər bir qədər keçəndən sonra sabit həyat yaşamağa başlayarlar. Bu həyatda heç bir xüsusi yeniliklərə can atmırlar. Onu canlandırmaq üçün 5 addım tövsiyə olunur.

1. Həftə sonlarında qısa səfərə çıxmaq. İnsanlar adətən səfərə çıxmaq dedikdə, bir neçə günlük səfəri nəzərdə tuturlar. Halbuki, səfər bir neçə saatlıq da ola bilər.

Ailə həyatında yeni qığılcımlar yaratmaq üçün həftə sonu bir qədər yemək bişirin və onu qablaşdırıb səfərə çıxın. Ən çox sevdiyiniz məkana gedib, orada istirahət edin.

Bu səfər həm sizi gündəlik problemlərdən uzaqlaşdıracaqdır və həm də yeni qığılcımların yaranmasına şərait yaradacaqdır.

2. Həyat yoldaşınıza sürprizlər edin. Həyat yoldaşınızı sürprizlər edərək sevindirin. Vacib deyildir ki, aldığınız və ya təşkil etdiyiniz sürprizlər bahalı olsun. Xeyr, ən az büdcə ilə həyat yoldaşınızı sevindirə bilərsiniz.

3. Həyat yoldaşınıza təşəkkür edin. Müşahidələr göstərir ki, həyat yoldaşına etdiklərinə görə təşəkkür etmək – dərin sevgi hisslərinin oyanmasına səbəb olar. Hisslərinizi büruzə verməkdə xəsislik etməyin.

4. Həyat yoldaşınızın rəfiqələri ilə görüşməsi üçün şərait yaradın. Adətən ailə quran cütlər öz rəfiqə və dostları ilə əlaqələrini azaldırlar. Amma, bu əlaqələr bəzən çox faydalı olur. Belə isə, ailə quran cütlər arada dostları və rəfiqələri ilə görüşməlidirlər.

5. Birgə ibadət əhli olun. Həyat böyük dəyərə malikdir. Ancaq onu doğru hədəflər üçün istifadə etmək lazımdır.

Ömrünüzü Allaha ibadətinə sərf edin və qarşı tərəfdən də eyni gözləntilərdə olun. Çünki ancaq mömin ailə həqiqi xoşbəxtliyə çatır. Belə ki, Allahın buyurduqlarına əsasən yaşayar və Onun göstərişlərinə əməl edərlər. Allah da bu cür ailəyə bərəkət verər.

Eyni zamanda, ibadət etməkdə vəhdət – ali amallar yönündə güclü birləşdirici tərkibə malikdir və bu səbəbdən, ibadət əhli olan cütlərin bu amallarda birliyi, ailə bağlarını çox möhkəmləndirir.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930