Ayətullah Sistaninin yenicə ailə qurmuş cütlüyə tövsiyəsi
Mьəllif: admin1
Tarix: 5-01-2018, 20:39
Ayətullah Sistaninin yenicə ailə qurmuş cütlüyə tövsiyəsi
Ayətullah Sistaninin fətva bürosuna sorğu ünvanlayıb. Sual yeni ailə qurmuş, həyat yoldaşından təhqir və ağır sözlər eşidən bir xanımın şikayəti əsasında göndərilib.

Sual:

Səlamun aleykum. Mən 15 ay olar ki, ailə qurmuşam. Bu vaxt ərzində həyat yoldaşımla yaxşı anlaşırdıq. Ancaq yoldaşım hirslənəndə məni təhqir edir, inanılmaz dərəcədə əsəbləşir. Ürəyim buna parça-parça olur. Çox zaman susub səbr edirəm. Mən hər zaman onun hirsləndiyində nə vaxta qədər səbr edəcəm, evliliyim nə vaxta qədər belə sürəcək deyə özümə sual verirəm. Bu vəziyətdə mən neynəməliyəm?

Cavab:
Böyük Allahın adıyla.

1-Gözəl davranışla və cavab verməməklə həyat yoldaşınızın sinirlərini nəzarət altına ala bilərsiz. Öncə ona haqlı olduğunu deyin, sonra gözəl bir şəkildə özünüzü müdafiə edin. Əgər yenə də qəzəbli olduğunu görsəniz ona bir şey deməyin.

2-Qohumlardan sözü keçəndən ona nəsihət etməsini istəyin.

3-Qadının pis xasiyətli həyat yoldaşı qarşısında səbr etməsi bir növ cihaddır. İmam Kazım (ə) buyurub: Qadının cihadı yoldaşı ilə gözəl şəkildə davranmasıdır. Dolaysıyla həyat yoldaşınızın pis rəftarı qarşısında etdiyiniz səbrin əvəz və mükafatın düşünsəniz bu iş sizə asan olacaqdır.

4-Həyat yoldaşının əsəblərinin sakitləşməsi (gərginliyin aradan getməsi) üçün gəzintiyə çıxın. Məsələn dəniz kənarına, meşə, park kimi yerlərə.
(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031