Haradan bilək ki, Allaha imanımız dərindir?
Mьəllif: admin1
Tarix: 27-11-2019, 15:17
Haradan bilək ki, Allaha imanımız dərindir?
Allaha iman gətirmək – dinimizin əsas etiqadi mövzularından biridir. Bəs necə bilmək olar ki, bir müsəlmanın Allaha dərin imanı vardır, yoxsa yox?

Onu ancaq əməl meydanında imtahana çəkməklə bu həqiqəti öyrənmək olar. Bu insanların xüsusi nişanələri olar ki, onların xalis imanından xəbər verər. O cümlədən:

1. Möminlər o kəslərdir ki, özlərini daima Allah himayəsinin çətiri altında hiss edərlər və Allahdan qeyrisini özlərinə rəhbər hesab etməzlər. Onlar bu əqidədədirlər ki, ancaq Allahın onların mövlası olmağa ləyaqəti vardır.

2. Möminlər o kəslərdir ki, hər bir işdə və hər bir halda özlərini Allaha möhtac bilərlər. Onu Qadir bilərlər.

3. Möminlər o kəslərdir ki, ancaq Allahdan qorxarlar və Ondan başqasından qorxmazlar.

4. Möminlər o kəslərdir ki, Allah təlimləri əsasında haqqı batildən ayırarlar.

5. Möminlər o kəslərdir ki, əldən verdiklərinə görə təəssüflənməz və dünya malına görə sevinməzlər.

6. Möminlər o kəslərdir ki, daima tərəqqi edərlər və imanlarını artırarlar.

7. Möminlər o kəslərdir ki, hər cür şəkdən uzaq olarlar.

8. Möminlər o kəslərdir ki, dünyanın tufanları qarşısında sabitqədəmdirlər.

9. Möminlər o kəslərdir ki, verdikləri əhdə vəfa edərlər və əmanətdardırlar.

10. Möminlər o kəslərdir ki, cəmiyyət onlara etimad edər.

11. Möminlər o kəslərdir ki, gözəl əxlaqa malik olarlar.

12. Möminlər o kəslərdir ki, hadisələrə təslim olmaz və Allaha söykənərək, mübarizə apararlar.

13. Möminlər o kəslərdir ki, özlərini insanlar qarşısında həqir bilməzlər.

14. Möminlər o kəslərdir ki, İlahi vacibatları yerinə yetirər və haramdan çəkinərlər.

15. Möminlər o kəslərdir ki, iffətli və pak ətəklidirlər.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031