Günün hədisi: Möminlər altı xislətdən uzaqdırlar
Mьəllif: admin1
Tarix: 7-08-2019, 13:38
Günün hədisi: Möminlər altı xislətdən uzaqdırlar
İmam Sadiq (ə):

سِتَّةٌ لا تَكُونُ فِي مُؤْمِنٍ؛ الْعُسْرُ وَ النَّكْدُ وَ الْحَسَدُ وَ اللَّجَاجَةُ وَ الْكِذْبُ وَ الْبَغْيُ

“Mömin şəxsdə altı xislət olmaz: ifrat tələbkarlıq, pis rəftar, həsəd, inadkarlıq, yalan və haqsızlıq.”

(“Tuhəful-uqul”, səh.282.)

Qısa izah

İmanlı olduğunu iddia etmək, sadəcə “imanlıyam” demək mömin olmaq üçün kifayət etməz.

Möminlərdə hədisdə göstərilən altı xislət olmamalıdır. Uyğun xüsusiyyətlər, həqiqətdə, insanların bir-birinə nisbətdəki ictimai münasibətlərinə qayıdır.

Bu müqəddəs adı (mömin adını) qəbul edən həqiqi möminlər xoşəxlaq, ədalətli, düzdanışan, digərləri ilə razılaşa bilən və haqq qarşısında təslim olan kəslərdir. İndi isə özümüzdəki xüsusiyyətlərə diqqət edərək mömin olub-olmadığımızı müəyyən etməyə çalışaq.

Əgər həqiqətən də möminiksə, bizə uğur və müvəffəqiyyət əta etdiyi üçün Allaha şükür etməli, yox, əgər bu sifətlər bizdə varsa, onların aradan qaldırılması üçün bizə yardım etməsini Allahdan diləməliyik.


(Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031