Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır
Mьəllif: admin1
Tarix: 20-11-2022, 11:01
Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır
Ustad Möhsün Qiraəti buyurur: Xuşu[1] – insanın ibadətdə itaətkar olması və Allah-təalanın dərgahında bəndəlik möv­qeyinə tam diqqətli olmasının nəticəsidir.

Öz ehtiyaclılığını və acizliyini bilərək ilahi əzəməti və kamalı dərk edən insan ibadətdə özünü bənzərsiz və hər şeyi bilən Allah-təalanın qarşısında tapır.

Yəni insan belə bir hala uyğun rahatlıq tapır, belə bir halda itaət­kar olur, baxışları yerə dikilir və diqqəti hər bir başqa şeydən kəsilərək məbuda yönəlir.

Quranda möminlərin və onların ibadətlə­rinin təsviri zamanı buyurulur:

الَّذِينَ هُمْ فِی صَلاَ تِهِمْ خَشِعُونَ

–O kəslər ki, namazlarında həm ürəkləri və həm də bədənləri ilə itaətkardırlar. [2]

Bu hal həmin diqqətin məhsuludur. Bir hədisdə deyilir:

اُعبُدِ اللّهَ کَاءَنَّکَ تَراهُ

–Allaha elə ibadət et ki, sanki Onu görürsən. [3]

فَصَلِّها لِوَقتِها صَلاةَ مُوَدَّعٍ

–Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır.[4]

Yəni daim bu halda ol ki, sanki yalnız bu namaz üçün fürsət qalıb.

[1] Xuşu – insanın hər hansı bir əzəmət və ya həqiqət qarşısında təvazökarlığı, özünü kiçik tutmasıdır. Qurani-kərimdə namaza başlamaq yox, itaətkarcasına namaz qılmaq möminlik əlaməti hesab olunur.

[2] Möminun surəsi, 2-ci ayə.

[3] Misbahüş-şəriə, səh. 8.

[4] Biharul-ənvar, 84-cü cild, səh. 233.


www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930