Niyə Allah günahkarların əzabını bəzən təxirə salır?
Mьəllif: admin1
Tarix: 8-11-2019, 16:47
Niyə Allah günahkarların əzabını bəzən təxirə salır?
Görəsən niyə Allah bəzi günahkarların əzabını təxirə salır?

1. Hüccəti tamamlamaq. Allah Təala insanı xəlq etmişdir və ona görə də insanın hidayət olması üçün lazım olan şəraiti yaratmalıdır. Bu sayədə bəhanə üçün yer qoymaz.

Uca Allah insanın hidayət olması üçün həm batini və həm də xarici peyğəmbərlər qərar vermişdir. Bu ikisi sayəsində hüccətini bəndələrinə tamamlamış olar.

Ancaq bəzən insan hidayət amillərindən qafil olar və diqqət etmədən günah işlədir. Əzabı təxirə salmaq onu qəflətdən oyadar və onu təfəkkür etməyə vadar edər.

İnsan düşünər ki, Allah bütün səbirlərin mədənidir. Bəndəsinin günahını görməsinə baxmayaraq, daima ona rəhmətini nazil etməkdə davam edir. Ona görə də əzabı təxirə salmaq – bir növ hidayət yollarındandır.

2. İnsanın ixtiyarını əlindən almamaq. İnsan etdiyi əməldə ixtiyar sahibidir. O, öz seçimi ilə ya səadəti seçir, ya da bədbəxtliyi.

Əgər ixtiyar sahibi olmasaydı, imtahana çəkilməsinin heç bir faydası olmazdı. Allah bəndələrinin əzabını ona görə təxirə salar ki, ixtiyar sahibi olaraq qala bilsin. İnsanı imtahana çəkmək mümkün olsun.

3. Bəzi günahsızlar. Allah bəzən əzabı bəzi bəndələrinə görə təxirə salar. İmam Əli (ə) buyurur: “Sübhan Allahın hər gündüz və gecə carçıları vardır ki, car çəkərlər:

“Ey Allah bəndələri! Səbir edin, səbir edin Allaha üsyandan. Əgər heyvanlar otarılmasaydı, süd yeyən uşaqlar və ahıl insanlar səcdə halında olmasaydı, sizə elə əzab nazil olardı ki, əzilmiş olardınız””.

4. Müəyyən ölüm. Hər bir insanın ömrünün miqdarı fərqlidir. Əcəli gəlib çatmayınca Allah bəndələrini öldürməz.

“Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər”. (“Nəhl” 61).

5. Yükün artması. Bəzən əzabın təxirə düşməsi buna görə olar ki, günahkar insan daha çox zamanı günahkar halda qalsın. “Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər.

Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz)günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır”. (“Ali-İmran” 178).

6. Saleh övlada malik olmaq. O kəslərin ki, saleh övladları vardır, bəzən valideynlərinin əzabının təxirə düşməsinə səbəb olarlar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930