Namaz qılmayanların rifahda olmasının izahı nədir?
Mьəllif: admin1
Tarix: 27-11-2021, 22:33
Namaz qılmayanların rifahda olmasının izahı nədir?
Belə bir sual verirlər ki, əgər namaz bəlanı dəf edirsə, Qərb ölkələri namaz qılmaqdıqları halda vəziyyətləri bizdən niyə daha yaxşıdır?

Bu sualın cavabını aydınlaşdırmaq üçün deyə bilərik ki, onu başqa cür də vermək olardı, misal üçün belə: əgər mömin olmaq, Allaha iman bəsləmək, yaxşı insan olmaq bəlanı dəf etməkdə təsirlidirsə, bəs niyə heç bir dinə və etiqada malik olmayanların vəziyyətləri bizdən daha yaxşıdır?

Gördüyümüz kimi, belə suallarda namazın adını çəkmək heç də vacib deyildir. O cümlədən, namazın yerinə iman əhlini qoya bilərik. Həmçinin lazım deyildir ki, uzağa gedək, bəlkə yaxın qohum və tanışlarımıza baxmaq kifayətdir. Baxmayaraq ki, iman əhli deyildirlər, ancaq rifah içində yaşayırlar.

Əgər Quran ayələrinə və hədislərə nəzər salsaq görərik ki, imtahan və bəla, İlahi sünnətdir. Yəni, insan həyatına hakim olan qanun deyir ki, bu dünyaya gələn hər bir insan imtahan olmalıdır.

Ona görə də həyatın müxtəlif sahələrində müxtəlif bəlalar ilə imtahana çəkilər. Nəticədə həm təcrübə əldə edər və həm də kamal sifətləri üzə çıxar. Hər nə qədər imanı artarsa, imtahanı da bir o qədər çox olar. İmtahanı hər nə qədər çətin olarsa, əldə etdiyi mənəvi dərəcə də bir o qədər yüksək olar. İnsanların tutumlarına görə imtahan səviyyələri fərqli olar.

“Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!”. (“Ənkəbut” 2).

Bu dünyada ən ağır imtahanları İlahi peyğəmbərlər (ə) veriblər. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi.

Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124).

İlahi imtahan deyildikdə, ancaq insanların maldan, sağlamlıqdan məhrum olmasını başa düşürük. Ancaq belə deyildir. Allahın imtahanı müxtəlif olur, bəzən insanlara rifah və çoxlu sərvət verərək onları imtahana çəkər. İmtahan odur ki, bəndə bu qədər sərvətə malik olan zaman nə edəcək və nə qədər günah işlədəcəkdir.

“Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır”. (“Ali-İmran” 178).

Ona görə də gördüyümüz hər bir nemət və sərvət heç də rifah sayılmaz. Bəlkə Allahın şiddətli imtahanıdır ki, bəndələrinin günahlarını artırmaq xarakteri daşıyar.

Bunu da qeyd etmək lazımdır ki, Qərb ölkələrinin elmi cəhətdən inkişaf etməkləri və başqa ölkələrin geridə qalması başqa bir bəhsdir. Hər bir ölkə - istər müsəlman olsun, istərsə də kafir - əgər elm sayəsində lazımlı qədər səy göstərərsə, öz səylərinin nəticəsinə çatacaqdır. Bu tərəqqidən onun həmvətənləri də faydalanacaqdır. Elm iqtidar deməkdir.

Hər kim bu qüdrəti əldə edər, tərəqqi edər. Hər kim elmsiz olar, başqa tərəqqi etmiş ölkələrin əsiri olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930