Əhli-Beyt (ə) məktəbini dirçəldən gözəl alimlərdən biri
Müəllif: Admin
Tarix: 9-10-2019, 11:12
Əhli-Beyt (ə) məktəbini dirçəldən gözəl alimlərdən biri
Əbu Abdullah Cabir Yəzdi – İmam Baqirin (ə) yaxın ardıcıllarından olmuşdur.

Tarix yazanların nəzərinə görə, öz elmi və düşüncələri ilə alimlərin diqqətini cəlb edən şəxsiyyətlərdən olmuşdur. O, Kufə şəhərində xüsusi ictimai məqama malik idi. Onu din, hədis elmi sahəsində nəzər sahibi hesab edirdilər.

Cabir Cəfi, Məsum İmamların (ə) elmindən bəhrələnməklə yanaşı, başqa böyük alimlərdən də dərs alırdı. Onlardan biri də Cabir ibni Abdullah Ənsari idi.

O, həmçinin öyrəndiklərini başqa hədis nəql edənlər vasitəsilə Əhli-Beyt (ə) bulağının susuzlarına çatdırardı. Onlara Həsən ibni Saleh ibni Həyyi, Şəbə ibni Həccacı, Süfyan Surini, İbrahim ibni Öməri, Həşam ibni Salimi, Zəkəriyya ibni Hürrü, Muhəmməd ibni Fəratı misal çəkmək olar.

Onun dəyərli kitabları: “Məqtəlil-Hüseyn (ə)”, Kitabı Cəməl”, “Kitabi Siffeyn”, “Kitabi Nəhrivan”, Kitabi Məqtəlil-Əmirəl-möminin (ə)”, “Kitabi nəvadar”, “Risaleyi-Əbu Cəfər (ə)”.

Ziyad ibni Əbi Həlal nəql edir: “Cabirin elmi barəsində İmam Sadiqə (ə) sual verdim, İmam müqəddiməsiz mənə buyurdu: “Allah Cabir Cəfiyə rəhmət etsin. O, bizi təsdiq edərdi. Allah Muğeyrə ibni Səyidə lənət etsin. O, bizi inkar edərdi””.

Əhli-Beytin (ə) böyük alimləri olan: İbni Quluyə, Şeyx Mufid, İbni Ğəzayiri, Cabirin nəql etdiyi hədisləri səhih hədislər hesab etmişdilər.

Süfyan Suri deyir: “Heç kəsi Cabir Cəfi kimi hədis nəqlində bu qədər təqvalı görmədim”.

Əbdürrəhman ibni Şərik deyir: “Atam, Cabir Cəfidən on minə yaxın məsələni öyrənmişdir”.

Ona görə deyə bilərik ki, Əhli-Beyt (ə) məktəbini dirçəldən və hədis elmini inkişaf etdirən alimlərdən biri də Cabir Cəfi olmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031