O, elm və dinin ən üstün dərəcəsində idi – əhli-təsənnün alimlərinin dili ilə İmam Rzanın (ə) tanıdılması
Mьəllif: admin1
Tarix: 22-11-2018, 21:27
O, elm və dinin ən üstün dərəcəsində idi – əhli-təsənnün alimlərinin dili ilə İmam Rzanın (ə) tanıdılması
Əhli-təsənnün alimləri İmam Rzanın (ə) şəxsiyyətini çox üstün hesab edir və bu haqda öz nəzərlərini bəyan ediblər.

Əhli-təsənnünün böyük alimlərinin dilindən İmam Rzanın (ə) şəxsiyyəti barəsindəki nəzərlərini eşidək:

İbni Həcər Hitəmi: “Musa ibni Cəfərin (ə) 37 övladı olmuşdur ki, onlardan biri də İmam Rzadır (ə). O, ümum insanların diqqətini özünə cəlb etmiş və hamıdan daha çox cəlili-qədr idi”.

Səmhudi: “Musa Kazımın (ə) övladı Əli Rza (ə) zamanının ən üstün insanı və cəlili-qədr idi. Məruf Kərəxi onun əli ilə İslamı qəbul etmişdi”.

İbni Həcər Əsqəlani: “Rza (ə) elm və fəzl əhlindən idi. Şərəfli nəslə malik idi”.

Zəhəbi: “İmam Rza (ə) elm və dinin ən üstün dərəcəsində idi”.

Xeyrələddin Zərkəli: “Musa Kazımın (ə) övladı olan Rza (ə) – 12 İmamın (ə) səkkizincisidir. O, Əhli-Beyt (ə) seyyidlərinin böyüyü və onların fazillərindən idi”.

Şeyx Abdullah Şafeyi: “Əli Rza (ə) ali və dəyərli sifətlərə malik idi. Kəramətləri o qədər çox idi ki, saymaqla bitməzdi”.

Abdullah ibni Əsəd: “İmam Rza (ə), 12 İmamdan (ə) biridir. O kəslərdən idi ki, üstün sifətlərə malik idi və İmamiyyə məktəbini onun sözləri əsasında qururdular”.

Əhməd ibni Yusif: “Sifətləri ali, kəramətləri çox idi. O, az yatan insan idi. Çoxlu oruc tutardı. Yayda həsirin, qışda qoyun dərisinin üzərində əyləşərdi”.

Yusif ibni İsmayil: “Musa Kazımın (ə) övladı olan Əli Rza (ə) böyük İmamlardan (ə) biri və Əhli-Beytin (ə) çıraqlarından idi. Elm, ürfan, kərəm və mərdlik mədəni idi. O, əzəmətli və məşhur idi. Çoxlu kəraməti var idi”.

İbni Əbi Hədid: “O, ən alim, ən səxavətli və ən kərim insan idi”.

Muhəmməd Əmin: “Əxlaqı ali və sifətləri cəlil idi. Kəramətləri çox və özü məşhur idi. Bu həddə ki, bir kitabda onu nəql etmək mümkün deyildir”.

Muhəmməd ibni Vəhib: “Kəramətləri çox idi və o, zamanın yeganəsi hesab olunurdu”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930