Niyə İmam Hüseyn (ə) Kərbəlaya ailəsi ilə gəlmişdi?
Müəllif: Admin
Tarix: 13-09-2020, 21:40
Niyə İmam Hüseyn (ə) Kərbəlaya ailəsi ilə gəlmişdi?
Sual olunur ki, niyə İmam Hüseyn (ə) Kərbəlaya ailəsi ilə gəlmişdi?

Bu, elə sualdır ki, çox sayda insanı düşündürür. Çoxları İmamın (ə) bu hərəkətinə təəccüb edir və səbəbini tapmağa çalışırlar.

İmam Hüseyn (ə) İlahi elminə görə onu gözləyən hadisələrdən xəbərdar idi. Yaxşı bilirdi ki, qarşıda onu şəhadət gözləyir. Bəs nə üçün İmam (ə) ailəsini təhlükəyə salacağını bilə-bilə, onları özü ilə aparmışdı?

Bu sualın cavabında demək olar ki, Aşura hadisəsi bir İlahi fenomen idi və İmamların (ə) qeyb elmi olduğu üçün, bu mövzunun fəlsəfəsinə tam bələd idilər. Amma bizlər üçün bunun dərki çətindir.

Biz bunu qeyd edə bilərik ki, İmam Hüseyn (ə) bilirdi ki, onu qarşıda şəhadət gözləyir. Əvvəlinci mərhələdə ona görə də ailəsini özü ilə apardı ki, Mədinədə ailəsinə ziyan vurmasınlar.

Hər bir insan bunu dərk edə bilər ki, insan müəyyən hallarda səfərə çıxanda, ailəsini də özü ilə aparmaq istəyir ki, onları təhlükədən qorusun.

Bəs İmam (ə) can təhlükəsini görən zaman, nə üçün ailəsini geri qaytarmadı?

Əgər Aşura hadisəsindən əvvəlki günləri tədqiq etsək, görərik ki, İmamın (ə) niyyətində ailəsini geri qaytarmaq olmuşdur.

Ancaq həmin zamanda ailəsini geri qaytarmaq üçün şərait yaranmamışdı. Çünki düşmən ordusu onları mühasirəyə salmışdı. İmam (ə) da ailəsini bu səhrada qoyub, özü Kufəyə gedə bilməzdi.

İmam (ə) o zaman ki, düşmənlə rastlaşır, onlara təklif edir ki, karvan geriyə qayıtsın. Ancaq düşmən ordusu onları mühasirədə saxlayır.

İmam (ə) ailəsini göndərməyi də təklif etmişdi, ancaq düşmən buna da imkan verməmişdi. Bütün bu əməllər Yezidin (lən) nə qədər zəlil bir insan olmasını bir daha nümayiş etdirir.

Amma əgər İmam (ə) ailəsi ilə birlikdə olmasaydı, bu hadisə gələcək nəsillərə bu cür ötürülə bilməyəcəkdi. Çünki İmamın (ə) ətrafında olanların sayı çox az idi ki, qiyamda qalib gələ bilsin. Əgər Həzrət Zeynəb (s.ə) və İmam Səccad (ə) olmasaydı, Aşura hadisəsi unudulub gedəcəkdi.

İmam Hüseyn (ə) ailəsini özü ilə götürməsəydi, zəlil təfəkkürlü insanlar iddia edəcəkdilər ki, İmam (ə) hakimiyyət üçün qiyam edib.

Amma İmamın (ə) ətrafında olan insanların az sayı, ailəsinin onun yanında olması, yol boyu hamıya deməsi ki, qətiyyən xilafət üçün deyil, İslamın bərpası üçün inqilab edir, qardaşına qoyduğu vəsiyyətnamə – bütün bu amillər dost üçün də, düşmən üçün də aşkar etdi ki, İmamın (ə) qiyamı – fəqət əmr-be-məruf və nəhy-əz-münkər üçündür, Peyğəmbər (s) və Əmirəlmömininin (ə) dininin dirçəlməsi üçündür. Hamı anlayırdı ki, hakimiyyət üçün bu cür qiyam etməzlər.

Bu hadisədə iştirak edən hər kəs Yezidin (lən) zəlil fitnəsinin şahidi olur. Yezid (lən) tək Peyğəmbər (s) övladını öldürməklə kifayətlənmir, onun ailəsini əsir götürmək cürətinə də malik olur.

Bütün bu müsibətlər Peyğəmbərin (s) əziz saydığı insanların başına gəlmişdi. Hər kim Peyğəmbər (s) sünnətini davam etdirirdi, bu əməlin nə qədər çirkin olduğu dərk edirdi.

Həzrət İmam Hüseynin (ə) ən yaxın insanlarını şəhid etdilər və sağ qalanlarını əsir etdilər. Bu, müsibətin böyüklüyündən və qiyamın əzəmətindən xəbər verir…

Beləliklə deyə bilərik ki, İmamın (ə) ailəsi ilə birlikdə Mədinədən çıxmasının ilk səbəbi bu idi ki, onları təhlükədən qorusun.

Digər səbəb – geri qaytarmağın mümkünsüzlüyü idi.

Başqa səbəbi isə ailəsinin, Kərbəla müsibətini görüb, gələcək nəsillərə ötürülməsində vasitə kimi olması idi. Əgər Həzrət Zeynəb (s.ə) olmasaydı, Kərbəla unudulub gedərdi.

Bu hadisəni ayaqda saxlayan Zeynəbin (s.ə) əzəməti və kamil insan olması bir daha dünyaya sabit oldu. O, əziz qardaşının əmanətlərini qorumaqla vəzifələnmişdi.

Bu vəzifəni layiqincə yerinə yetirmiş və sonrakı İmam olan Həzrət Səccadın (ə) sağ qalması üçün əlindən gələni etmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu qızın (Zeynəbin) müsibətinə ağlayar, o kəs kimi olar ki, qardaşları Həsən (ə) və Hüseyn (ə) üçün ağlamışdır”.

Salam olsun əziz qardaşının dayağı olan Zeynəbə (s.ə)!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930