İmam Səccad (ə) niyə Mədinə qiyamına rəhbərlik etmədi?
Mьəllif: admin1
Tarix: 8-03-2022, 10:37
İmam Səccad (ə) niyə Mədinə qiyamına rəhbərlik etmədi?
Bir sıra mənbələrə əsasən, qanlı Kərbəla hadisəsində İmam Səccadın (ə) 25 yaşı var idi. Atası İmam Hüseyndən (ə) sonra onun çiyninə çox ağır vəzifələr düşdü: insanları qəflətdən oyadıb, həqiqi İslama qaytarmaq və Aşura hadisəsini canlı saxlamaq.

İmamın (ə) həyatında qanlı Aşura hadisəsindən başqa 4 mühüm hadisə baş vermişdir ki, onlarla tanış olaq:

1. Gözlənilməyən xəstəliyə düçar olmaq. İlahi təqdir belə olur ki, İmam (ə) bu xəstəlik vasitəsilə Əməvilərin cinayətindən, fitnə və nifaqlarından uzaq qala bilsin.

Həmid ibni Müslim nəql edir: “Biz Şimrlə birlikdə İmam Səccadın (ə) xeyməsinə daxil olduq və gördük ki, o, xəstəliyin şiddətindən yerə yıxılmışdır və hərəkət etməyə taqəti yoxdur.

Şimrlə gələn bəzi insanlar onu öldürməyi təklif etdilər. Mən isə söhbətə qarışıb dedim ki, bu xəstəlik ona kifayətdir. Belə sözlərdən çox dedim və nəhayət onları İmamı (ə) öldürməkdən çəkindirə bildim”.

2. İslami həqiqətləri dirçəltmək. İmamın (ə) bu ağır günlərdə ən böyük vəzifəsi düşməni aşkar edib, insanları ayıltmaq və həqiqi İslamı tanıtmaq idi.

O, Yezidin (lən) məclisində etdiyi xütbə ilə Bəni-Üməyyənin cinayətlərinin üstünü açdı və insanların nə qədər aldandığını onlara agah etdi. Nəql edilir ki, nə zaman iftar üçün yemək süfrəsi açılsaydı,

Həzrət (ə) buyurardı: “Ah qəm və qüssədən! Vay olsun bu müsibətə! Peyğəmbərin (s) əziz övladı ac şəhid edildi. Peyğəmbərin (s) oğlunu susuz öldürdülər”. O qədər ağlayardı ki, libası göz yaşından yaş olardı.

3. Hərrə hadisəsi. İmam (ə) insanları qəflət yuxusundan ayıldandan sonra, onlar hərəkətə gəlib, İslam cəmiyyətini islah etmək istədilər. Mədinədə Hərrə hadisəsi baş verdi.

Ancaq İmam (ə) bu hərəkatın rəhbərliyini öhdəsinə götürmədi. Səbəbi də bu idi ki, həmin hərəkatda iştirak edənlərin əksər hissəsində Zubeyr düşüncəsi hakim idi və ona görə də bu qiyamı Əhli-Beyt (ə) davamçılarının qiyamı adlandırmaq olmazdı. Abdullah ibni Zübeyr, Müaviyyənin ölümündən sonra Ali-Zübeyr hökuməti qurmaq istəyirdi.

İmam Səccad (ə) istəmirdi ki, Züberin davamçıları şiə adı ilə öz hədəflərinə çatsınlar.

4. İmam (ə) Mərvana pənah verir. Hər bir Məsum İmamda (ə) Allahın ən fəzilətli sifətləri öz təcəssümünü tapmışdır. Ona görə də hər kim onlara pənah aparsa, heç bir zaman əliboş qayıtmazdı. O ağır zamanda Mərvan ibni Həkəm ailəsi ilə birlikdə İmama (ə) pənah gətirir və İmam (ə) da onlara pənah verir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031