Çətinliyə düşən zaman Aşura ziyarətini unutmayın
Mьəllif: admin1
Tarix: 16-08-2022, 10:01
Çətinliyə düşən zaman Aşura ziyarətini unutmayın
Seyyidüş-şühədanın (ə) əza günlərindəyik. Bəs ailəmizdə bu əyyamı necə dirçəldib canlı saxlaya bilərik?

Cavab budur ki, bizlər hamımız İmam Hüseynə (ə) həqiqətən də borcluyuq. Aşura ziyarətində Qiyamət gününə qədər bu mübarək insanlara salam verir və salavat göndəririk. Çünki cəmiyyət İmam Hüseyni (ə) yada salaraq, sünnəti diri saxlaya bilər.

Rəhmətlik İmamın (r) gözəl bir cümləsi vardır ki, buyurur: “İslam dini Məhərrəm və Səfər ayına görə diri qalmışdır. Biz də gərək bu iki ayı böyük hesab edək”.

Əgər Əhli-Beytin (ə) müsibətini diri saxlamaq istəyirsinizsə, əza zamanı evlərinizi qara rəngə bürüyün. Yeməklərinizi sadə edin. Uşaqlara hiss etdirin ki, bu günlər başqa günlərdən fərqlənir.

Əgər sual versələr cavab verin ki, İmam Hüseynin (ə) şəhadətinə görə belə etmisiniz. İmamın (ə) həyatı haqqında övladlarınıza danışın.

Əhli-Beytin (ə) təvəllüd günlərində isə əksinə yaxşı yeməklər bişirin və evinizi bəzəyin. Uşaqlarınızı sevindirməyə çalışın. Uşaqların ehtiyacı olan şeyləri məhz bu təvəllüd günlərində alın ki, onların xatirəsinə xoş günlər kimi həkk olsun.

Ancaq bu yolla ailəmizdə Əhli-Beytin (ə) xatirəsini diri saxlaya bilərik. Necə ki, onlar buyurub, xoş günlərində sevinək, qəm günlərində qəmgin olaq.

Bu əyyamda Aşura ziyarətindən qafil olmayaq. Çünki Aşura ziyarəti Kərbəlanın şəxsiyyətnaməsidir. Onu çoxlu oxuyun və sözlərinin mənasına diqqət edin.

Bu ziyarətdə adı çəkilən ümmət bir insan deyildir. Əslində ziyarət demək istəyir ki, İmamı (ə) qətl edən bir insan olmamışdır – bir fikir və bir təfəkkür olmuşdur.

İmam Sadiq (ə) buyuruşlarından birində buyurur: “Əgər sizə bir çətinlik üz versə ki, onu heç cür həll edə bilmirsinizsə, İmam Hüseyni (ə) ziyarət etmək niyyətilə qüsl alın.

İki rükət İmam Hüseynin (ə) ziyarət namazını qılın. Aşura ziyarətini yüz salam və yüz lənət ilə oxuyun. Sonra “Əlqəmə” duasını oxuyun. Çətinliyiniz həll olacaqdır”.

Mirzə Cavad Mələki buyurur: “Əgər Əhli-Beyt (ə) davamçısı olub-olmadığını bilmək istəyirsənsə, bax gör Məhərrəm ayı doğan zaman nə hisslər keçirirsən?

Əgər qəlbinə qəm əyləşərsə, Allaha şükür et və şad ol ki, qəlbin Hüseyn (ə) sevgisi ilə doludur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031