Qurani-Kərimdə Kərbəla müsibəti barədə sirli işarə
Müəllif: admin1
Tarix: 9-08-2021, 22:25
Qurani-Kərimdə Kərbəla müsibəti barədə sirli işarə
Allah Təala “Məryəm (s.ə)” surəsinin ilk ayələrində Həzrət Zəkəriyyənın (ə) İmam Hüseyn (ə) müsibəti ilə necə tanış olmasına işarə etmişdir.

“Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu Kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur.

Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır). (Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyəyə (olan) mərhəmətinin xatırlanmasıdır”. (“Məryəm (s.ə)” 1-2).

“Məryəm (s.ə)” surəsi bu hərflərin birləşməsi ilə başlayır: k,h,y,ə,s. Bu hərflərdə İlahi sirr gizlənmişdir ki, Allah o sirri Zəkəriyyə üçün açır.

Məsələ belə olmuşdur ki, Zəkəriyyə beş Ali-Əbanın adlarını Allahdan soruşur və Allah da Cəbrayili endirir ki, ona bu adları təlim versin.

Nə zaman Həzrət Zəkəriyyə (ə) Həzrət Muhəmmədin (s), İmam Əlinin (ə), Xanım Fatimənin (s.ə) və İmam Həsənin (ə) adlarını çəkərdi, o zaman bütün qəm və qüssəsi aradan gedərdi. Ancaq nə zaman İmam Hüseynin (ə) adını çəkərdi, qəhər onu boğardı və göz yaşları axardı.

Nəhayət bir gün Zəkəriyyə (ə) bunun sirrini Allahdan soruşur və səbəbini bilmək istəyir. Allah Təala da İmam Hüseynin (ə) başına gələcək müsibətləri ona danışır. Sonra buyurur: k – yəni Kərbəla, h – yəni həlak olmaq, y – yəni Yezid, ə – yəni İmamın susuz olması, s – yəni səbir.

Bu sözlər Zəkəriyyəyə (ə) çox təsir etdi və üç gün məsciddən bayıra çıxmır. Ağlayıb nalə çəkir. Üç gündən sonra Zəkəriyyə Allaha üz tutub deyir: “Allahım! Mənə elə oğul övladı ver ki, bu ahıl yaşımda gözlərim aydın olsun.

Bu övladı mənə verən zaman məni ona məftun et. Sonra məni onun müsibətinə düçar et. Necə ki, həbibin olan Həzrət Muhəmmədi (s) övladının müsibətinə düçar edəcəksən”.

Allah da Zəkəriyyənın duasını qəbul edir və ona Yəhya adlı bir oğlan övladı əta edir. Sonra da onu böyük imtahanlara düçar edir. O Həzrət (ə) də bu imtahanlaradan şərəflə çıxır.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930