İmam Hüseynin (ə) adını Allah Təala Cəbrayil (ə) vasitəsilə Peyğəmbərə (s) vəhy etmişdir
Mьəllif: admin1
Tarix: 30-04-2017, 21:44
İmam Hüseynin (ə) adını Allah Təala Cəbrayil (ə) vasitəsilə Peyğəmbərə (s) vəhy etmişdir
İmamət səmasının üçüncü ulduzu olan İmam Hüseyn (ə) 4-cü hicri ilinin Şəban ayının 3-də cümə axşamı günü Mədinədə dünyaya gəlmişdir. Əsma binti Əmis nəql edir: "Fatimənin (s.ə) ikinci övladı dünyaya gələndən sonra Peyğəmbər (s) Əlinin (ə) evinə gəldi və mənə buyurdu:

"Övladımı yanıma gətir”. Mən körpəni Həzrətin (s) yanına apardım. Həzrət (s) sağ qulağına azan və sol qulağına iqamə oxudu. Sonra ona nəvaziş etməyə başladı. Anidən gözlərində yaş yığıldı. Bunun səbəbini soruşan zaman,

Həzrət (s) buyurdu: "Məndən sonra bu körpənin başına gələcək müsibəti xatırladım. Onu bir dəstə zalım İslamı müdafiə etmək adı ilə şəhid edəcəklər”.

İmam Hüseynin (ə) adını Allah Təala Cəbrayil (ə) vasitəsilə Peyğəmbərə (s) vəhy etmişdir və Cəbrayil (ə) Həzrətin yanına gəlib demişdi: "Allah Təala sənə salam göndərir və buyurur: "Əli (ə) sənin üçün necədirsə, Harun da Musa (ə) üçün elədir. Ona görə də yaxşı olardı ki, bu körpənin adını Harunun kiçik oğlunun adı ilə adlandırasınız”. Bu adın ərəb dilindəki halı - Hüseyndir.

Bu xəbəri alan kimi Həzrət (s) qızının evinə tələsir və soruşur: "Bu körpə üçün ad seçmisinizmi?”.

İmam Əli (ə) buyurur: "Biz bu işdə heç bir zaman sizi qabaqlamarıq”. Həzrət (s) buyurur: "Onun adını Hüseyn qoyun”.

Aşura qəhrəmanı üçün çox ləqəblər qoyulmuşdur. O cümlədən: Rəşid, Təyyib, Vəfi, Zəki, Seyyid. Həzrət Peyğəmbər (s) onu bu ləqəblə çağırardı : "«سَیِّدُ شَبابِ اَهْلِ الجَنَّه» Yəni, behişt cavanlarını sərvəri. İmam Əli (ə) isə Seyyidüş-şühəda ləqəbi ilə çağırardı. Ümumi olaraq Həzrətə (ə) 313 ləqəb qoyulmuşdur. İmamın (ə) künyəsi isə Əba Abdullahdır.

İmam Hüseyn (ə) qardaşından sonra İmamət kürsüsünə əyləşir və ümmətə imamlıq etməyə başlayır. Həzrət Peyğəmbər (s) həyatda olan zaman İmam Hüseynin (ə) imamətliyinə çox işarə etmişdir. Belə ki, Həzrət (s) buyururdu: "Mənim bu oğlum İmam, İmam oğlu, İmam qardaşı və Əhli-beyt (ə) İmamlarının atasıdır. Onların doqquzuncusu Qaimdir ki, mənimlə eyni adda və eyni künyədədir. Yer üzü zülmlə dolduqdan sonra, o, ədalətə bürüyəcəkdir”.

İmam Həsən (ə) şəhadət yatağında buyurmuşdu: "Qardaşım Hüseyn! Mən səni öz vəsim qərar verdim və bu həmin əhddir ki, atamızdan bizə çatmışdır. O, bunu Peyğəmbərin (s) tərəfindən və o, da Allah tərəfindən bəyan etmişdir”.

İmam Hüseyn (ə) 6 yaşına qədər babası Peyğəmbəri (s) görə bilmişdi. Daima onun şəfqət əlini başının üzərində hiss etmişdi. Həyatın ən dəyərli dərslərini və əxlaqını babasından öyrənmişdi.

İmam Həsən (ə) atası İmam Əlinin (ə) şəhadətindən sonra on il imamlıq etmişdir. Bu müddət ərzində İmam Hüseyn (ə) qardaşının ən sadiq və müxlis yardımçısı olmuşdur. İmam Sadiq (ə) bu haqda buyurur: "İmam Hüseyn (ə) qardaşı İmam Həsənə (ə) ehtiram üçün hətta yol gedən zaman belə, o Həzrətdən qabağa keçməzdi və danışan zaman onu qabaqlamazdı”.

Aşura inqilabı dini hökmləri diri saxlamaq və Peyğəmbər (s) sünnətini dirçəltmək üçün həyata keçmişdi. Əgər bu inqilab olmasaydı, İslam dini öz həqiqətini itirər və cahiliyyət dövrünün adət-ənənələrinə təslim olardı. Bu inqilabın təsiri əbədidir və heç bir zaman sönməzdir.






/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031