Hud surəsini oxuyan hər bir kəs...
Müəllif: Admin
Tarix: 14-08-2019, 22:15
Hud surəsini oxuyan hər bir kəs...
Qurani-Kərimin 11-ci surəsi olan “Hud” surəsi 123 ayədən ibarətdir və təfsir alimləri arasında məşhur nəzərə əsasən, bötüvlükdə Məkkədə nazil olmuşdur.

“Hud” surəsində İslam maarifinin əsasları, “şirk və bütpərəsliklə mübarizə”, dünyadan sonrakı həyat və digər etiqadi məsələlərdən, peyğəmbərlərin dəvətinin doğruluğu, peyğəmbərlərin tarixi, xüsusilə, həzrət Nuhun (ə) həyatı və şiddətli mübarizəsi ilə yanaşı, Hud, Saleh, İbrahim, Lut, Musa peyğəmbərlərin sərgüzəşti və onların şirk, küfr və bütpərəsliklə mübarizəsindən də söz açılır.


Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə buyurulur: “Bu surəni oxuyan hər bir kəs Hud və digər peyğəmbərlərə iman gətirən və onları inkar edənlərin sayı qədər savab qazanar, qiyamət günü şəhidlər dərəcəsinə yüksələr və hesabı yüngül olar.” (“Təfsiri-Burhan”, 2-ci cild, səh. 206.)

Aydındır ki, Quranı bütün hallarda oxumaq savabdır, amma onun savabı və təsirləri o vaxt quruculuq xüsusiyyətinə sahib olacaqdır ki, insanı təfəkkür və əmələ vadar etsin.

Maide.Az
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031