Quran surələri ilə qısa tanışlıq – ‘Zariyat’ surəsi
Müəllif: Admin
Tarix: 11-07-2019, 09:49
Quran surələri ilə qısa tanışlıq – ‘Zariyat’ surəsi
“Zariyat“ surəsi 60 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

“Zariyat“ “tоz-tоrpаğı hаvаyа qаldırıb sorvuran külәk“ mәnаsını bildirәn “zаriyә“ sözünün cәm fоrmаsıdır.

Bu surədə, əsasən, məad, qiyamət, möminlərin mükafatı və günahkarların cəzası ilə bağlı məsələlərdən söz açılır. Ümumiyyətlə, bu surədə beş mövzu ətrafında bəhs olunur:

1. Surənin başlanğıcında, qeyd etdiyimiz kimi, məad və ona dair bəhslərə yer verilir. Həm surənin başlanıcı, həm də sonu məad bəhsinə həsr olunur. İlk ayələrdə qiyqamətin, haqq-hesab gününün mütləq vaqe olunacağını aşılamaq üçün dörd şеyә аnd içilir:

a) Tоz-tоrpаğı hаvаyа sоvurаn külәklәrә; qeyd edək ki, surənin adı – Zariyat elə surənin birinci ayəsindən götürülmüş və surə bu adla adlandırılmışdır.

b) Yаğışlа yüklәnmiş, insаnlаrın, bitkilәrin, hеyvаnlаrın еhtiyаc duyduğu suyu dәryаlаrdаn quruyа dаşıyаn ağıryüklü buludlаrа;

c) Dәryаlаrdа asanlıqla üzәn gәmilәrә;

d) Ruzi bölәn mәlәklәrә.

Bu dörd аnddа tövhidә vә Аllаh-Taаlаnın vаrlıq аlәmindәki tәdbirlәrinә işаrә оlunur.

2. Surənin növbəti hissəsində tövhiddən və Allah-Taalanın varlıq aləmindəki nişanələrindən bəhs olunur, beləcə, məad bəhsləri təkmilləşir.

3. Üçüncü hissədə İbrahim peyğəmbərə qonaq olan, Lut qövmünün şəhərlərini dağıtmağa məmur olan mələklərin əhvalatına işarə olunur.

4. Sözügedən surənin bir qisim ayələrində Musa peyğəmbərin, eləcə də, Ad, Səmud və Nuh peyğəmbərin qövmünün dastanından danışılır və beləcə, kafirlər və günahkarlara xəbərdarlıq edilir.

5. Bir qisim ayələrdə də təəssübkeş və inadkar qövmlərin keçmiş peyğəmbərlərlə mübarizəsindən söz açılır və bununla, müxalif qüvvələr müqabilində qərar tutan İslam Peyğəmbərinə (s) təsəlli verilir və müqavimətə dəvət olunur. (“Təfsiri-nümunə“, 22-ci cild, səh.302-304.)

“Zariyat” surəsini tilavət etməyin fəziləti

İmam Sadiqdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

مَن قَرَأَ سورَةَ الذّارِیاتِ فی یَومِهِ اَو لَیلَتِهِ أصلَحَ اللّهُ لَهُ مَعیشَتَهُ وَآتاهُ بِرِزق واسِع وَنُور لَهُ فی قَبرِهِ بِسِراج یَزهَرُ اِلى یَومِ القِیامَةِ

“Zariyat“ surəsini gecə və ya gündüz tilavət edən kəsin Allah-Taala məişətini sahmana salar, ona geniş ruzi əta edər və onun qəbrini qiyamət gününə qədər bir çıraq vasitəsilə işıqlandırar.” (“Məcməul-bəyan“, “Zariyat“ surəsinin təfsirinin başlanğıcı; “Səvabul-əmal“, “Nurus-səqəleyn“ təfsirindən nəqlən, 5-ci cild, səh.120; “Təfsiri-nümunə“, 22-ci cild, səh.305.)


(Maide.az)
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031