Günün hədisi: İki şey həlakət mənşəyidir
Mьəllif: admin1
Tarix: 15-06-2019, 09:45
Günün hədisi: İki şey həlakət mənşəyidir
İmam Əli (ə):

أَهْلَكَ النَّاسَ إِثْنَٰانِ؛ خَوْفُ الْفَقْرِ وَ طَلَبُ الْفَخْرِ

“İki şey insanları həlakətə sürükləyir: Yoxsulluqdan qorxmaq və özünü öymək.”

(“Tuhəful-uqul”, səh.150.)

Qısa izah

Əgər təcavüzkarlıq, oğurluq və rüşvətxorluğun səbəbləri barəsində düşünsək, müəyyən bir zümrənin zəhmət çəkmədən tamahkarcasına digərlərini qarət etməsinə diqqət yetirsək, belə hadisələrin baş verməsində yuxarıda qeyd edilən iki amilin ciddi təsiri olduğunu anlayarıq.

İnsanların bir qismi fəqirlikdən qorxduqları və gələcəyi düşündükləri üçün qeyri-qanuni işlərə əl atır, digər qismi isə öz psixoloji, mənəvi rahatlıq və asayişlərini xəyali mənsəb və məqamların əldə edilməsi üçün fəda edir, bir-biri ilə rəqabət aparır.

Belə insanlar qeyd edilən iki mənfi xüsusiyyəti tərk edəcəkləri təqdirdə, asudə həyat sürməyə nail olacaqlar. Bu yolla əldə etdikləri məqam və mənsəblərin uzun müddət davam etməyəcəyini bildikləri halda, öz işlərini davam etdirməsi insanda təəccüb doğurur.


Maide.az
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031