Tənbəllik və yoxsulluq
Mьəllif: admin1
Tarix: 13-12-2018, 11:26
Tənbəllik və yoxsulluq
İmam Əli (ə) buyurmuşdur:

إِنَّ الاَشْيَاءَ لَمَّا ازْدَوَجَتْ إِزْدَوَجَ الْكَسَلُ وَالْعَجْزُ فَنَتَجَ مِنْهُمَا الْفَقْرُ

“Bütün varlıqlar cütləşdiyi gün acizliklə tənbəllik bir-birinə qarışdı və onlardan yoxsulluq adlı (bacarıqsız) bir övlad doğuldu.”

(“Biharul-ənvar”, c.75, səh.59; “Tuhəful-uqul”, səh.154.)

Qısa izah

Hər şey zəhmət qarşılığında əldə edilir. Bu, İslamın bizlərə öyrətdiyi həqiqətlərdən biridir. Süstlük və tənbəllik, çətin hadisə və maneələr qarşısında acizlik göstərmək iman ruhu ilə bir araya sığan məsələ deyildir. Bunlar yoxsulluqdan başqa, – istər iqtisadi yoxsulluq olsun, istərsə də əxlaqi və mənəvi – digər bir şeyi doğurmayacaq.

Əslində, imanlı insanlar bütün hallarda özlərinə istinad və etimad edərək ehtiyacsız olmalıdırlar. Bu cümlədə imam Əli (ə) diqqəti cəlb edən bir ifadə ilə belə buyurmuşdur: “Tənbəlliklə acizliyin birləşməsindən hasil olan səmərə yoxsulluq və bədbəxtlikdir.

Hazırladı: Maide.az – Maarif bölməsi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930