Nəcvanı edəndə, orada olan mütləq şahid kimdir?
Müəllif: Admin
Tarix: 11-06-2019, 23:08
Nəcvanı edəndə, orada olan mütləq şahid kimdir?
“Nəcva” sözünün mənası “yüksəklik” deməkdir. Adətən insan başqalarının onun sözünü eşitməsini istəməyən zaman daha yüksək yerə gedər ki, orada sözünü desin. Bu səbəbdən başqalarından gizli halda deyilən sözlərə nəcva deyirlər.

“Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O, (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir”. (“Mücadilə” 7).

Bu ayədən də göründüyü kimi, nəcva – bəyənilməyən əməllərdən hesab olunur. Bu nəcva iki və ya üç nəfər arasında olsa da, Allah onu eşidənlərin dördüncüsü olar.

Allah Təala bu mübarək ayədə insanlara bəyan edir ki, nəcva etməyin. Əgər edirsinizsə, bilin ki, mənim bunların hamısından xəbərim vardır. Qiyamət günü bu etdiklərinizin üstü açılacaq və ona görə hesab verəcəksiniz.

Əmirəl-möminin (ə) bu ayənin təfsirində buyurur: “Məqsəd odur ki, Allahın bütün məxluqları üzərində səltənətliyi vardır. Onların işi – Öz işidir”.

İmam Sadiq (ə) buyurur: “Allah ona görə Səmih adlandırılmışdır ki, üç nəfər nəcva etməz, məgər onların dördüncüsü Allah olar. Qarışqanın sərt daşın üzərindəki ayaq səslərini eşidər. Quşların havada qanad səslərini (eşidər). Heç bir şey ondan gizli deyildir”.

Ona görə də bu mövzuya diqqət edək və nəcvadan çəkinək ki, nə Allah bu işi bəyənər, nə də qalan bəndələr.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30