İmam Səccadın (ə) mübarək dilindən Ərəfatın 5 sirri
Mьəllif: admin1
Tarix: 11-09-2016, 21:44
İmam Səccadın (ə) mübarək dilindən Ərəfatın 5 sirri
Əmirəl-möminin (ə) buyurur: “Bilirsinizmi ki, həcci yerinə yetirən zəvvar ehram bağlayan zaman niyə Ərəfata getməlidir və sonra gəlib Kəbəni təvaf etməlidir? Ona görədir ki, Ərəfat hərəmin sərhədlərindən kənardadır. Əgər kimsə Allahın qonağıdırsa, ilk gərək darvazanın bayırına getsin və o qədər dua və nalə etsin ki, hərəmə girməyə layiq olsun”. (Tebyan)
Ərəfatın sirləri çoxdur, İmam Səccadın (ə) dili ilə bu sirlərin beşini eşidək.

1. Ərəfatda qalmaq o mənadadır ki, insan İlahi maarifə arif və agah olsun. İlahi sirlərdən xəbərdar olsun. Bilsin ki, Allah onun bütün ehtiyaclarını bilir və onun bu ehtiyaclarını aradan qaldırmağa qadirdir. Özünü Allaha tapşırsın. Və hiss etsin ki, Onun bəndəsi və Ona möhtacdır. Əgər bəndə Allahın mütisi olarsa və özünü Allaha tapşırarsa, hər şeydən ehtiyacsız olar. Ona görə də İmam Səccad (ə) Ərəfə günündə dilənçilik edən birinə buyurur: “Vay olsun sənə! Bu cür bir gündə Allahdan qeyrisinə əl açırsan. Bu cür gündə ana bətnində olanların səadətinə belə ümid bəslənilir”.

2. Bəndə gərək Ərəfat səhrasında bu ayəni dərk etməyə çalışsın. “Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidə məqsəd - xəlvəti söhbət, daha gizlidə məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir)”. (“Taha” 7). Yəni, Allahın sizin daxilinizdə baş verən hər şeydən xəbəri vardır. Gizlin və aşkarınızı bilir. İmam Səccad (ə) buyurur: “Ərəfə gününün əsri və onuncu günün zöhrü Sübhan Allah mələklərinə fəxrlənər və buyurar: “Onlar Mənim bəndələrimdir ki, uzaq və yaxın yollardan çox çətinliklə buraya gəliblər və bir çox ləzzətləri özlərinə haram ediblər. Ərəfatın qumlarının üzərində və Minada yatıblar. Qabar basmış üzləri ilə Mənim dərgahımda bu cür acizlik və zillətlərini bəyan edirlər. İndi sizə icazə verirəm ki, onları görəsiniz”. Bu zaman haqq mələkləri Allahın izni ilə onların ürəklərindən və gizli sirlərindən agah olarlar”.

3. O kəs ki, Ərəfatda olar, xüsusi duanı oxumalıdır ki, İmam Hüseyn (ə) Ərəfə günündə oxumuşdur.

4. Ərəfatda bir yer vardır ki, adı Nəmirədir. İmam Səccadın (ə) buyurduğuna görə bu yerə çatan zaman gərək bunu deyəsən: “Allahım! Bir şeyə əmr etmərəm, məgər o halda ki, əvvəl özüm ona əməl edərəm. Bir şeyi qadağan etmərəm, məgər o halda ki, əvvəl özümü ondan diksindirəm”. Hər bir müsəlman əmr-be-məruf və nəhy-əz-munkər etməlidir. Yəni, bu işi görən insan ilk özü əməl etməlidir və sonra başqalarından tələb etməlidir.

5. İmam Səccad (ə) buyurur: “Doqquzuncu gündə Ərəfata daxil olan zaman bu geniş yerə (Nəmirəyə) çatan zaman sirr budur ki, agah olasan ki, bu yer şəhadət, mərifət və ürfan yeridir. Bilməlisən ki, kimlər bu yerə qədəm basırlar və hansı məqsədlə gəliblər və hansı məqsədlə qayıdacaqlar. Bundan başqa Allah və mələklər də şahiddir. Allah bu yeri əməllərinizə şahid qərar vermişdir. Yaxşı bilir ki, siz nə edirsiniz. Tamamilə aydındır ki, zəvvar, hacı hansı niyyətlə gəlmişdir və hansı niyyətlə qayıdacaqdır”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930