İmamlarımız (ə) son nəfəslərində bizlərə bunu vəsiyyət ediblər
Müəllif: Admin
Tarix: 14-04-2019, 10:13
İmamlarımız (ə) son nəfəslərində bizlərə bunu vəsiyyət ediblər
Ayətullah Məzahiri insanları zülm etməkdən çəkinməyə dəvət edərək, onun aqibətlərindən danışmışdır.

Alim buyurur: “Əgər Məsum İmamların (ə) həyatına nəzər salsaq – xüsusilə də İmam Səccadın (ə), İmam Hüseynin (ə), Əmirəl-möminin (ə) – görərik ki, şəhid olan zaman son vəsiyyətləri insanları zülmdən çəkindirmək olmuşdur. Halbuki, onlar özləri ən böyük zülmlərə məruz qalmışdırlar.

Bu dünyadakı ən məzlum insan – İmam Hüseyn (ə) və o Həzrətin (ə) tərəfdaşları idi. Lakin, buna baxmayaraq, İmam (ə) son nəfəsini verən zaman vəsiyyəti bu idi ki, Allahdan başqa pənahı olmayan heç kəsə zülm edilməsin.

Zülmün növlərindən biri – zalım hökumətin məzlum millətə etdiyi zülmdür. Yəni, bu millətin Allahdan başqa pənahı olmaz və zalım hökumət də bundan istifadə edərək, onlara zülm edər və onları istismar edər.

Zülmün başqa növü – insanlara pul vermədən, onları işləməyə məcbur etmək və onların əməklərindən faydalanıb, özlərinə heç bir əvəz verməməkdir.

Peyğəmbərimiz (s) muzd vermədən iş gördürüb, işçiyə zülm edildiyini görən zaman, onu işə götürəni məlun – lənətlənmiş adlandırmışdır. Həmçinin buyurmuşdur ki, belə bir insanın əməlləri məhv olar və o, behiştin ətrini hiss etməz.

Zülmün başqa növü – o həyat yoldaşının öz xanımına və ya əksinə edilən zülmdür. Bəzən qadınlar aciz olduqları üçün, ərlərinin hər əziyyətinə dözür və səbir edirlər.

Bu zülmə göz yumurlar. Bəzən də xanım ərinə o qədər təzyiq göstərir ki, onu çarəsiz hala salır və həyatdan soyudur. Hər iki halda tərəflər bir-birinə zülm etmiş olarlar.

Zülmün bir növü də valideynlərə edilən zülmdür. Bəzən övlad saleh olmadığı üçün gücsüz düşmüş valideynlərinə zülm edər və onlara əziyyət verər. Halbuki, dinimiz buyurur ki, valideynlərə ehtiram – Allaha və Peyğəmbərə (s) ehtiramdan sonra gələn vacib əməllərdəndir.

Bəzən insan başqasının malını qəsb edərək ona zülm edər və bu zülm, maddi zülm adlanır.

Bəzən ailədə mirası bölüşdürən zaman zülmə rast gəlinir. Yəni, o tərəf ki, söz sahibi olmaz, susar və haqqını itirər.

Töhmət, qeybət, söz gəzdirmək də zülmdür və bu, haqqun-nasa aid olan zülmlərdəndir.

Hər kim zalım olar – nə bu dünyada və nə də axirətdə xoş gün görməz. Dünya həyatını başqalarının ahını alaraq bada verər. Axirətdə isə başqalarına etdiyi zülmə görə ağır şəkildə cəzalandırılar.

Əgər belə insanlar tövbə etmədən dünyadan gedərsə, cəhənnəmdə o qədər yanarlar ki, günahın küdurəti aradan gedər. Əgər pak ola bilərsə, o zaman behiştə qayıdar. Əks halda, cəhənnəmdə qalar.

Ona görə də İmamların (ə) sözünü unutmayaq və bu dünyada heç kəsə zülm etməyək, xüsusilə də Allahdan başqa pənahı olmayanlara”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930