Nə zülm edin, nə də zülmə baş əyin
Mьəllif: admin1
Tarix: 26-11-2022, 11:58
Nə zülm edin, nə də zülmə baş əyin
Zalımı bağışlamaq olarmı?

Cavab: Quranda bu barədə belə buyurulur:

"Nə zülm edin, nə də zülmə baş əyin". (Bəqərə surəsi, ayə 279.)

"Bağışlamağınız müttəqiliyə daha yaxındır". (Bəqərə surəsi, ayə 237.)

"Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz?". (Nur surəsi, ayə 22.)

Həzrət Əli (ə) Nəhcül-bəlağədə buyurur: "Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun".

İlk baxımdan belə görünə bilər ki, bəzən «vuruş», bəzən isə «bağışla» deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır. Qeyd edək ki, bağışlamağın şəraiti vardır.

O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın. Başqa bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.

Həzrət Əli (ə) buyurur: "Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla". (Nəhcül-bəlağə.)

Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930