Dəstəmazın hikmət və misilsiz faydaları hədislərdə
![]() Dəstəmaz almaq bəzən təmizliklə müqaisə olunur. Lakin bilməliyik ki, dəstəmaz təmizlik deyil, paklıqdır. Çünki dəstəmaz alarkən belə insanın dəstəmaz üzvləri təmiz olmalıdır. Bu da o deməkdir ki, paklıqla təmiz olmaq arasında fərq vardır. Dəstəmaz insanın ruhunu paklayır. Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub: İmam Baqir (ə) buyurub: "Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayırd edir”. Peyğəmbər (s) buyurub: “Mütəal Allah Qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaq”. Həzrət Peyğəmbər (s): “Gücünüz yetdiyi qədər dəstəmazlı olun. Hər kəs dəstəmazlı halda ölərsə ona şəhadət savabı yazılar”. Həzrət Peyğəmbər (s): "Kim pak olduğu halda (dəstəmazlı) dəstəmaz alarsa ona 10 qat savab yazılar". İmam Baqir (ə): “Hər kim dəstəmazlı olduğu halda dəstəmazını yeniləsə, Allah da tövbə etməmiş onun tövbəsini təzələyər”. İmam Sadiq (ə): "Kim evində xeyir-bərəkətin çoxalmasını istəyirsə, yemək yediyi vaxt dəstəmaz alsın". Həzrət Peyğəmbər (s): “Hər kim dəstəmaz alan zaman Allahın zikrini edərsə, bütün bədəni pak olar”. Oxşar xəbərlər
|