Əyyami-Fatimə (s.ə) – Əhli-Beytin (ə) kədərli günündə mömin kədərlənir
Mьəllif: admin1
Tarix: 5-12-2023, 10:33
Əyyami-Fatimə (s.ə) – Əhli-Beytin (ə) kədərli günündə mömin kədərlənir
Tarixdə Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı iki tarix göstərilmişdir. Onların hansının səhih olması indiyə qədər dəqiq müəyyən oluna bilməmişdir.

Ona görə də Xanımın (s.ə) şəhadətinin əzadarlığı iki tarixdə üç gün olmaqla keçirilir və bu dövrə Əyyami-Fatimə (s.ə) deyirlər.

Bəzi hədislərə görə şəhadət tarixi Cəmadiul-əvvəl ayının 13-dür. Bəzilərinə görə isə Cəmadius-saninin 3-dür.

Xanımın (s.ə) şəhadəti ilə bağlı əza saxlamaq üçün xüsusi hədislərimiz yoxdur. Ancaq hədislərimiz bizə buyurur ki, bizim şadlığımızda sevindiyiniz kimi qəmimizdə də qəmlənin.

İmam Rza (ə) Rəyan ibni Şəbibə buyurur: “Əgər behiştin ali dərəcəsində bizimlə olmaq istəyirsənsə bizim qəmimizə qəmlən, şadlığımıza sevin”.

Əmirəl-möminin (ə) buyurur: “Allah Təala yerə nəzər saldı və bizi seçdi. Bizim üçün elə davamçılar seçdi ki, şadlığımızda sevinər, qəmimizdə qəmlənərlər. Mallarını və canlarını bizim yolumuzda fəda edərlər. Onlar bizdəndirlər və bizə tərəf gələcəklər”.

Ali dini rəhbər bu əyyamın keçirilməsinə xüsusi diqqət edir və buyurur: “Allah istəyir ki, insanlar Anamızı daha çox yada salsınlar”.

Başqa mərcəyi təqlidlər də bu əyyamın lazımi səviyyədə keçirilməsinə təşviq edir və özləri də əza məclislərində iştirak edirlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930