Əzadarlıq məclislərində Allahdan hacətlərimizi istəməyi unutmayaq
Mьəllif: admin1
Tarix: 20-10-2017, 11:10
Əzadarlıq məclislərində Allahdan hacətlərimizi istəməyi unutmayaq
Məhərrəm ayındayıq və xoş olsun o kəslərin halına ki, İmam Hüseyn (ə) əzadarlıqlarından özləri üçün axirət azuqəsi toplaya biliblər.
Bu ay – Allahın lütf ayıdır və İmam Hüseyn (ə) hərəminin qapısı hər kəsin üzərinə açıqdır. Hər kəs İmama (ə) olan eşqini bir cür büruzə vermək istəyir. Bu yollardan biri də əzadarlıq məclislərində iştirak etməkdir.
Əgər Qurana diqqətlə etsək, görərik ki, Əhli-beytlə (ə) dost olmaq və onlara sevgi göstərmək hər birimizə vacib bir əməldir. Ancaq dostluğun şərtləri vardır və bu şərtlər yerinə yetirilərsə, insan həqiqi dost ola bilər.
Dostluğun mühüm şərtlərindən biri həmrəylik, şadlığında və qəmində şərik olmaq və onunla həmdərd olmaqdır. İmam Əli (ə) buyurur: “Bizim davamçılarımız şadlıq və qəmimizdə bizimlə şərikdirlər. Onlar bizdəndirlər və qayıtmaqları da bizə tərəfdir”.
İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımız bədənimizin bir parçasıdır və bizim artıq qalan gilimizdən xəlq olublar. O şey ki, bizi qəmləndirir və ya şad edir – onları da qəmgin və şad edir”.
Cəm içərisində edilən duanın yerinə yetmək imkanı daha çoxdur. Necə ki, İmam Sadiq (ə) buyurur: “Atamın üslubu belə idi ki, bir şeydən qəmgin olan zaman qadınları və uşaqları toplayar və sonra dua edərdi və onlar da “amin!” deyərdilər”.
Əzadarlıq məclislərində rövzədən sonra və göz yaşı tökəndən sonra dua etməyi unutmayın. Çünki bu, elə fəzilətli zamandır ki, duaların qəbul olmasına səbəb olur. Hər kim əzadarlıq məclisinə daxil olar və əza saxlayar, onun günahları bağışlanar. Bununla yanaşı, yaxşı olardı ki, özümüz də qəlbimizdə olan hacətləri İmam Hüseynə (ə) xatir Allahdan istəyək. Şübhəsiz ki, dua üçün uzanan bu əllərimiz boş qayıtmayacaqdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930