Ayətullah Xamenei: “Quran zəmanəyə uyğun dildə təbliğ edilməlidir”
Mьəllif: admin1
Tarix: 11-01-2019, 11:04
Ayətullah Xamenei: “Quran zəmanəyə uyğun dildə təbliğ edilməlidir”
Ayətullah Xamenei, Quranın zəmanəyə uyğun dillə təbliğ olunmasının zəruriliyinə toxunaraq deyib: “Bunun həqiqətən də təsiri fərqli olacaq və bəşəriyyətin inkişafının müqəddiməsi olacaqdır.

Çünkü izzət, qüdrət, maddi və mənəvi rifah, düşüncə və ideoloji baxımdan irəliləyiş, rahatlıq və xoşbəxtlik Qurana əməl olunmasına bağlıdır.

Quranın sözlərinin cəzbi və gözəlliyi olsa da, hədəf Quranın bərəkətli və uca mənasına çatmaqdır.

Əgər bu məna və məfhumlara qəlb ilə qulaq asılsa qarışıq, tufanlı və problemlə dolu olan dünyamızda ciddi təsir qoyacaqdır.

Əhli-beytə (ə) şad və qəmli məclislər təşkil olunduğu kimi, Quran məclisləri də genişləndirilməlidir. Belə olan halda qüdrətlər və onların silahları, eləcə də sionist rejimi də heç bir qələt edə bilməyəcəkdir.”

İslamazeri.com
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031