Ayətullah Xamenei kimlər haqqında şeir yazılmasını tövsiyə etdi?
Mьəllif: admin1
Tarix: 21-06-2016, 22:13
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei kimlər haqqında şeir yazılmasını tövsiyə etdi?
İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, yumşaq və mədəni savaşın gündəmdə olduğunu vurğulayan Ayətullah Xamenei deyib: “Bu gün siyasi və mədəni sahədə yumşaq savaş gedir. Bu yolda ciddi təsirlərə malik olan vasitələrdən biri şerdir. Nəğmələr, təmiz hava kimi cəmiyyətə nüfuz edir. Bu sahə, ölkənin xarici düşmənlərlə əlaqəsində də özünü göstərməli və cəmiyyətin ehtiyacını ödəməlidir".

"Bu gün Fələstin, Yəmən, Bəhreyn, İran-İraq müharibəsi, hərəmin müdafiəçiləri, Şeyx Zəkzaki kimi məzlum mücahidləri şeirlə vəsf etmək və diri saxlmaq üçün şeirlər deyilsə də, lazımı şəkildə təbliğ olunmur. Amerikanın nüvə razılığında etdiyi xəyanətlər də şeir vasitəsi ilə xalqa çatdırılmalıdır. Siyasilərimizdən əlavə şairlərimiz də bu həqiqətləri xalqımıza bildirməlidirlər.”, -deyə Ayətullah Xamenei əlavə edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930