Ölən yaxınlarınızın qəbri üstündə edilən dualar tez qəbul olar
Mьəllif: admin1
Tarix: 8-01-2019, 22:43
Ölən yaxınlarınızın qəbri üstündə edilən dualar tez qəbul olar
Duaların qəbul olduğu mühüm məkanlardan biri – Məsumların (ə) və İmamzadələrin hərəmləridir. Bundan əlavə, hədislərimiz bəyan edir ki, möminlərin, ata və ananın, alimlərin, saleh insanların, şəhidlərin qəbirləri yanında edilən dualar da tez qəbul olar.

Fəxr Razi möminlərin qəbri kənarında edilən dualar haqqında yazır ki, nə zaman qədim böyük alimlərdən birinin davamçıları elm sahəsində bir çətinliyə düşsə idilər, onun qəbrinin kənarına gedib, orada bəhslər edərdilər. Sonra da həmin məsələnin həlli kəşf olardı. Necə ki, alim və zahidlərin qəbirləri kənarında edilən dualar kimi.

Əhli-təsənnün alimlərindən olan İbni Hibban nəql edir: “Dəfələrlə İmam Rzanın (ə) hərəmini ziyarət etməyə getmişəm. Tusda olan zaman çətinliyim olan kimi, o Həzrətin (ə) ziyarətinə gedər, Allahdan çətinliyimi həll etməsini istəyərdim. Əlhəmdulilləh, çətinliyim həll olardı”.

İmam Əli (ə) buyurur: “Ailə və nəslinizin ölülərini ziyarət edin. Çünki onlar sizin ziyarətiniz ilə şadlanarlar. Bununla yanaşı, münasibdir ki, qəbir əhlini ziyarətlə birlikdə, Allahdan istədiyiniz hacəti dua edəsiniz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031