İmam Zamanın (ə.f) tövsiyə etdiyi dualar
Mьəllif: admin1
Tarix: 11-03-2022, 16:14
İmam Zamanın (ə.f) tövsiyə etdiyi dualar
İmam Zaman ağa (ə.f) buyurur: “Nə zaman bizim vasitəmizlə böyük məqamlı Allaha diqqət etmək istəsəniz, bizə tərəf üz tutmaq istəsəniz, Allah Təalanın buyurduğu kimi deyin:

سلامٌ علی آل یاسین

İsfahan ticarətçilərindən biri ki, alimlər tərəfindən etimad edilən şəxs idi, yuxuda görür ki, İmamın (ə.f) xidmətindədir və Həzrətdən (ə.f) soruşur: “Sizin fərəciniz nə zaman gəlib çatacaqdır?”. İmam (ə.f) buyurur: “Yaxındır, bizim davamçılarımıza deyin ki, “Nüdbə” duasını cümə günləri oxusunlar”.

Mərhum Şeyx Təbrisi yazır: “Əbulhəsən Muhəmməd ibni Əhməd öldürülmək qorxusundan İmam Kazımın (ə) və İmam Cavadın (ə) qəbrinə pənah aparır. Yuxuda İmam Zamanı (ə.f) ziyarət edir və İmam (ə.f) ona “Fərəc” duasını təlim verir. O da bu duanı oxumağın bərəkətinə görə öldürülməkdən nicat tapır”.

Mərhum Məclisi “Rövzeyi-müttəqin” kitabında nəql edir: “Büluğ çağımın əvvələrində İsfahan məscidlərinin birində yuxu ilə oyaqlıq arasında İmam Zamanı (ə.f) ziyarət etmişdim və demişdim: “Mənim Mövlam! Sizin xidmətinizə həmişə gələ bilmirik. Ona görə də bizə elə kitabı tövsiyə edin ki, həmişə ona əməl edək!”. İmam (ə.f) da başqa bir şəxsin vasitəsilə “Səhifeyi-Səccadiyyə” kitabını ona təqdim etmişdi.

Mərhum Hacı Əli Bağdadi nəql edir: “İmam Zamanla (ə.f) birlikdə İmam Kazımın (ə) və İmam Cavadın (ə) hərəminə daxil olduq və zərihə yapışıb, onu öpdüm. İmam (ə.f) mənə buyurdu: “Ziyarət oxu!”.

Dedim: “Savadım yoxdur”.

İmam (ə.f) buyurdu: “Sənin üçün ziyarət oxuyum?”.

Dedim: “Bəli”.

Buyurdu: “Hansı ziyarəti istəyirsən?”.

Dedim: “O ziyarəti ki, ən üstündür”.

Buyurdu: ““Əminallah” ziyarəti – ən üstündür”.

Bu zaman həmin ziyarəti oxumağa məşğul oldu”.

Mirzə Muhəmmədbaqir İsfahani nəql edir: “Yuxu aləmində İmam Həsən Müctəbanı (ə) gördüm ki, mənə buyurdu: “Minbərlərdə insanlara deyin ki, tövbə etsinlər və Həzrət Hüccətin (ə.f) fərəci üçün dua etsinlər. Bilin ki, bu dua gündəlik namazlar kimi bütün mükəlləflərə vacibdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930