Ayətullah Xamenei Ayətullah Şahrudi haqda: Bir çox bərəkətli əsərə imza atmışdı
Mьəllif: admin1
Tarix: 25-12-2018, 22:31
Ayətullah Xamenei Ayətullah Şahrudi haqda: Bir çox bərəkətli əsərə imza atmışdı
İranın Sistemin Məsləhət Şurasının sədri Ayətullah Şahrudi bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İslamazeri.com xəbər verir ki, İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei bununla bağlı başsağlığı bəyanatı yayıb.

"Böyük bir kədərlə dəyərli alim İranın Sistemin Məsləhət Şurasının sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin vəfat xəbərini adım.

İslami nizam və elm hövzələrinə etdiyi xidmətləri haqda məlumatı olan hər kəsi bu xəbər kədərləndirmişdir.

Konstutusiya və Sistemin Məsləhətin təsirli üzvlərindən biri olan bu dəyərli və önəmli şəxsiyyət, elm sahəsində bir çox bərəkətli əsərə imza atmışdır.

Ayətullah Şahrudi həmçinin 3 şəhidin qardaşı olmaqla anaşı, mücahid şəhid Seyid Muhənnəd Baqir Sədrin ən yaxın adamlarından biriydi.", -deyə bəyanatda qeyd edilir.

Bəyanatın davamında, mərhumun ailəsi, hörmətli həyat yoldaşı, övladları, yaxınları və Qum Elmi Hövzəsinin məsullaına dərin hüznlə başsağlığı verən Ayətullah Xamenei, mərhuma Allahdan rəhmət dilədiyini bildirib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031