Ən pis dost
Mьəllif: admin1
Tarix: 25-12-2018, 10:36
Ən pis dost
İmam Əli (ə):

شَرُّ إخْوَانِكَ مَنْ دَاهَنَكَ في نَفْسِكَ وَ سَاتَرَكَ عَيْبَك

“Qardaşlarından (dostlarından) ən pisi sənə yaltaqlıq edən və eyiblərini örtənlərdir.”

(“Qurərul-hikəm”, c.4, səh.173, hədis 5725.)

Qısa izah

Həqiqətləri ört-basdır edərək görməzdən gəlmək nə bir çətinliyi aradan qaldırır, nə də kiməsə xidmət sayılır. Buna əsasən, tərbiyəvi və düzgün irad yerinə həqiqətləri gizlətməyə çalışan və dostun ötəri razılığını qazanmaq və ya onu “yaxşı insan” kimi göstərmək üçün eyiblərini ört-basdır edənlər, həqiqətdə, dostluğa xidmət deyil, əksinə dostun abır-həya, səadət və heysiyyətinin aradan qalxması ilə nəticələnən xəyanətə mürtəkib olmuşlar.

Bəli! Dostlar bir-birinin eyiblərini göstərən ayna olmalı, xoş rəftar və ədəblə nöqsanlarını aradan qaldırmağa çalışmalıdırlar.


Hazırladı: Maide.az – Maarif bölməsi
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31