Cadunu dağıdar, iblisin (lən) təsirindən qurtarar – “Nas” surəsinin bərəkətləri
Mьəllif: admin1
Tarix: 14-03-2020, 10:58
Cadunu dağıdar, iblisin (lən) təsirindən qurtarar – “Nas” surəsinin bərəkətləri
Qurani-Kərimin ayələri – möminlərin qəlbinə daxil olan nurdurlar. “Nas” surəsi də bu surələrdən biridir.

“Nas” surəsi Quranın 114-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 6 ayəsi vardır.

“Nas” sözünün ərəb dilindəki tərcüməsi insan deməkdir. O zaman ki, insan şeytan tərəfindən təhlükə hiss edər, əgər bu surəni oxuyarsa, amanda olar.

Bu surə - “Qul” ilə başlayan dörd surədən biridir.

Allah Təala bu surədə Peyğəmbərə (s) əmr verir ki, Xənnasın vəsvəsəsindən Ona pənah aparsın. Bu surənin mənası “Fələq” surəsinə çox bənzəyir.

Hər iki surə şeytanın (lən) vəsvəsəsindən Allaha pənah aparmağa işarə edir. Bir fərqlə ki, “Fələq” surəsində şərin növləri bəyan edilmişdir.

Ancaq bu surəsə sadəcə Xənnasın adı çəkilmişdir.

Nəql olunur ki, yəhudi bir sehirbaz Həzrət Peyğəmbərə (s) cadu edir. Cəbrayil (ə) Həzrətin yanına gəlir və “Nas” ilə “Fələq” surələrini nazil edir. Həzrətə (s) deyir: “Yəhudi kişi sənə cadu etmişdir və onun sehri filan quyudadır.

Peyğəmbər (s) də İmam Əlini (ə) həmin quyuya doğru göndərir ki, sehri gətirsin. Sonra əmr verir ki, onun düyünlərini açsın və hər düyünü açan zaman “Nas” və “Fələq” surələrini oxusun.

Düyünlər bitəndən sonra əziz Peyğəmbərimiz (s) öz sağlamlığına qovuşur.

Fəzil ibni Yəsar nəql edir: “İmam Baqirdən (ə) eşitmişəm ki, buyurur: “Peyğəmbər (s) şiddətli bir dərdə düçar olur. Cəbrayil (ə) və Mikayil (ə) Həzrətin yanına gəlirlər.

Cəbrayil (ə) Həzrətin (s) başının yuxarısında və Mikayil (ə) ayaqlarının aşağısında əyləşirlər. Cəbrayil (ə) Həzrəti (s) “Fələq” surəsinin pənahında qərar verir, Mikayil (ə) isə “Nas” surəsinin””.

Həzrət Peyğəmbər (s) buyurur: ““Tövhid”, “Fələq” və “Nas” surələrinin hər birini sübh və əsr vaxtı 3 dəfə oxuyun ki, sizi başqa şeylərdən ehtiyacsız edər”.

Əqəbə nəql edir: “Peyğəmbər (s) mənə buyurdu: “Ey Əqəbə! Səni Tövratda, İncildə və Quranda nazil olan üç surədən agah edimmi?”.

Dedim: “Bəli, qurbanın olum”.

Həzrət (s) “Tövhid”, “Fələq” və “Nas” surələrini tilavət etdi və mənə buyurdu: “Ey Əqəbə! Bu surələri heç bir zaman unutma və gecələri onları mütləq oxu””.

“Nas” surəsinin bərəkətləri:

1. Hər kəs özünü “Fələq” və “Nas” surəsinin pənahında qərar verməlidir, çünki ardınca yaxşı nəticələr gətirər.

2. Onu həm oxumağın və həm eşitməyin faydası vardır.

3. Bu surəni oxumaq imanı gücləndirər və şeytanı (lən) zəif edər.

4. Bu surə qohumlara və qonşulara da müsbət təsir edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031