Namazın vacib olması
Mьəllif: admin1
Tarix: 1-01-2022, 11:12
Namazın vacib olması
إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

"Şübhəsiz, namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir." (Nisa, 103).

İzah: Namaz bütün ilahi dinlərdə olmuş ən böyük ilahi vacibdir. Çünki Allahla möhkəm və keçərli ünsiyyət, fəsad bataqlığında qərq olmamaq vasitəsidir. Namaz, Allaha aşkar bəndəlik və itaət nişanəsidir. Quranda 90 dəfədən çox bir başa namaza işarə olunmuşdur.

Bu vacibin yerinə yetirilməsinə bu qədər təkid olunması onun Allah yanında xüsusi dəyərini və yüksək məqamını ifadə edir. Qurana görə müsəlmanların vəzifəsi yalnız namazı qılmaq deyil.

Əksinə, Quran namaz haqqında “إقامة” (iqamə) sözünü işlədir. “إقامة” (iqamə) namazı düzgün və şərtlərinə uyğun şəkildə qılmaq, davamlı olaraq qılmaq, cəmiyyətdə onu yaymağa və gündəmdə saxlamağa çalışmaqdır. Yuxarıdakı ayədə namazın vacib olmasına və özünəməxsus vaxtı olmasına işarə olunmuşdur.

Hədis: İslam peyğəmbəri (s): “Namaz (Allah tərəfindən) qoyulan ən yaxşı vəzifədir. Odur ki, kim istəsə az, kim istəsə çox, namaz qılsın.” (Xisal, səh. 523, hədis: 13).
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031