İnsanların arasından Həzrət Adəmin (ə) seçilməsi
Mьəllif: admin1
Tarix: 19-12-2018, 22:19
İnsanların arasından Həzrət Adəmin (ə) seçilməsi
Qurani-Kərim buyurur: “Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi”. (“Ali-İmran” 33).

Doktor Yədullah Səhabi bu ayə ilə bağlı deyir: “Bu ayədən göründüyü kimi, Həzrət Adəm (ə) onun kimi xəlq olmuş insanlar arasından seçilmişdir”.

Ustad Məkarim Şirazi deyir: “Həzrət Adəmin (ə) əsrində insan cəmiyyəti mövcud olmuşdur. Adəm (ə) isə bu insan cəmiyyəti arasından insanların atası kimi seçilmişdir”.

Alim başqa yerdə yazır: “Əlimizdə dəqiq sübut yoxdur ki, aləmlilər deyildikdə, Adəmin (ə) əsrində olan insanlar nəzərdə tutulmuş olsun. Mümkündür ki, tarix boyu xəlq edilən insanlar nəzərdə tutulsun”.

Ona görə də bu nəzərdə olmağımız əsassız olar ki, Adəmin (ə) əsrində başqa insan cəmiyyəti mövcud olmuşdur. Həzrət Adəm (ə) də onların arasından seçilmişdir.

Ustad Misbah Yəzdi bu ayə ilə bağlı buyurur: “Allah Adəmi (ə) ondan sonra gələn bütün insanlardan üstün hesab edir. Əgər fərz etsək ki, Adəmin (ə) əsrində başqa insanlar olmuşdur, bu insanlar ancaq onun övladları ola bilər”.

Beləliklə, deyə bilərik ki, bu ayəni iki cür təfsir edirlər:

1. Bir dəstə alimlərin nəzərinə görə, bütün insanlar vahid bir nəfsdən, yəni Adəmdən (ə) xəlq olublar. “Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı”. (“Nisa” 1).

“Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur”.
(“Əraf” 189).

“(Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı”. (“Zumər” 6).

2. Digər nəzərə görə, bu ayə təkamül nəzəriyyəsinin müddəalarını isbat edir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930