Azan deməkdə hədəf nədir?
Müəllif: Admin
Tarix: 21-05-2020, 22:17
Azan deməkdə hədəf nədir?
Azan səmavi bir nidadır ki, namaza hazırlaşmaq üçün ümumi və mənəvi elan verər. Azanın İslam dinindəki yeri çox mühümdür.

Azan müsəlmanları ibadətə və bəndəliyə dəvət edir. Azan deyən müsəlmanları xoş səsi ilə namaza və duaya dəvət edər.

İmam Rza (ə) azanın fəlsəfəsi və əhəmiyyəti haqqında buyurur:

1. O kəs ki, unudar, yadına salar və o kəs ki, qəflətdədir, tənbeh edər.

2. O kəs ki, məşğuldur, namazın vaxtını bilər.

3. İnsanlar Xaliqin pərəstişinə dəvət olunar və həvəsləndirilər.

4. Azanı deyən tövhidi etiraf edər və imanı aşkar edər. İslamı elan edər və o kəs ki, unutmuşdur yadına salar.

Azanın fəlsəfəsi haqqında bunları demək olar:

1. Azan və iqamə namaz qılmaq üçün hazırlıqdır. Onun sayəsində elə bir zəminə yaranar ki, insan daha çox ədəblə, təvazö ilə, daha dərin ürfanla Allah Təalanın qarşısında qərar tutsun. Öz Məhbubu ilə danışar və dərdləşər.

2. Azan insanın daxilinin səfasına və ruhun şadlanmasına səbəb olar. Həzrət Peyğəmbər (s) namazın vaxtı yaxınlaşan zaman Bilala buyurur: "Ey Bilal! Azan de və bizə onunla ruh bağışla!”.

3. O zaman ki, azanın gözəl səsi hər yeri ətirləndirir, namazıqlanlara xəbər verir ki, Allahla söhbət etmək vaxtı gəlib çatmışdır. Ona görə də namaza hazırlaşsınlar və namazqılınan yerə tərəf hərəkət etsinlər.

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman azan deyən desə: "Allahu Əkbər!”.

Allah buyurar: "Ey Muhəmməd (s) ümməti! Namaza hazırlaşın və dünya işlərini tərk edin””.

4. İslam dinindən əvvəl yəhudilər buynuzları üfürərək, xristianlar zəng çalaraq, atəşpərəstlər isə atəş yandıraraq insanları ibadətə dəvət edərdilər.

Lakin İslam dini gəldi və bunların yerinə azanı təyin etdi. İnsanlar gözəl və ürəyə yatan sözlərlə məscidlərə dəvət olundular.

5. Azan Allahı insana xatırladır. Onun böyüklüyü və əzəməti ilə tanış edir. "Allahu Əkbər” deyərək Allahın böyüklüyünü etiraf edərik.

"Lə iləhə illəllah” deyərək, Allahın yeganə olmasına şəhadət verərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031