Xurcunda olan zəhərli silah
![]() O şəxs dostlarına demişdi ki, Həzrət İmam Rza (ə) ki, özünü Rəsulun (s) övladı adlandırır, gedəcəyəm və ona sual verəcəyəm. Əgər düzgün cavab verməsə, bu silahla onu qətlə yetirəcəyəm. İmamın (ə) xidmətində əyləşir və suallarını verməyə başlayır. İmam (ə) ona buyurur: “Suallarını bir şərtlə cavablandıraram”. Həmin şəxs deyir: “Hansı şərtlə?”. İmam (ə) buyurur: “O zaman ki, düzgün cavabı aldın və qane oldun – o şeyi ki, xurcunda gizləmisən, çıxardıb sındırasan”. Həmin şəxs bu sözləri eşidən zaman halı dəyişdi. O şeyi ki, xurcuna qoymuşdu, çıxartdı və sındırdı. Sonra deyir: “Ya ibni Rəsulallah! Bilirsən ki, Məmun zalımdır, niyə onun xidmətinə daxil olmusan və onun vəliəhdliyini qəbul etmisən? Halbuki, o, kafirdir?”. İmam (ə) buyurur: “Məgər bunların küfrü daha pisdir, yoxsa Misir padşahının küfrü? Onlar zahirdə müsəlman deyildirlər və Allahın vahid olmasına etiqad bəsləmirdilər. Həzrət Yusif (ə), baxmayaraq ki, peyğəmbər idi, peyğəmbərin oğlu idi və peyğəmbərin nəvəsi idi, Misir padşahından xahiş edir ki, onun vəziri olsun. Halbuki bilirdi ki, o, xalis kafirdir. Mən də Peyğəmbərin (s) övladlarından biriyəm. Hökumət işlərinə qarışmaq xahişim yox idi. Əslində onlar məni bu işə məcbur etdilər. Mən də çarəsiz və qəlb razılığım olmadan bu mövqedə qərar tutmuşam”. O şəxs İmamın (ə) cavabını bəyəndi və təşəkkür etdi. Öz batil gümanından əl çəkdi”. /Deyerler.org/ Oxşar xəbərlər
|