ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR
Mьəllif: admin1
Tarix: 4-12-2018, 22:23
ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR
Şübhəsiz ki, şəri hökmlər və ilahi göstərişlərin müxtəlif yönlü fəlsəfə və dəlilləri vardır. Lakin müsəlman vəhy göstərişinə təslim olmalıdır. Hikmət sahibi və Yaradan Allah qarşısında təslimçilik və qəbul ruhiyyəsi insan üçün kamal və kamillik sayılır. Bəzi göstərişlər bəndəlik və təslim ruhiyyəsinin imtahanı üçündür. İsmaili qurban etmək üçün Allahın İbrahimə (ə) verdiyi göstəriş bunun bir nümunəsi və kamil bəndəlik nişanəsidir. Necə ki, həmişə harayasa getmək üçün yola çıxmırıq. Bəzən yol getmək özü məqsəddir. Məsələn, gəzinti və ya qaçışda məqsəd harasa getmək yox, idman etməkdir. Bəzən ibadi göstərişlər və ilahi hökmlərdə məqsəd qarşı tərəfin təslimçiliyi, göstərişləri qəbul etməsi, Allahın razılığını qazanması və yalnız Ona itaət etməsi üçün hazırlıqdır. İbadətin məqsədi insan ruhunun tərbiyəsidir. Necə ki, fiziki hərəkətlər cismin tərbiyəsi üçündür.

İmam Səccad (ə) və imam Əli (ə) buyurur: “İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər.”

“Şəbaniyyə münacatı”nda oxuyuruq: “İlahi, əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə deyəcəyəm ki, mən Səni sevirəm!”

İmam Əli (ə) bildirir ki, ilahi, mənim ibadətim behişt tamahı və ya cəhənnəm qorxusundan yox, Səni ibadətə layiq bildiyim üçündür. İlahi övliyalar Allaha ibadətdən ləzzət alırlar. Günahkarlar isə Allahı düşünmək və ibadətin şirinliyindən məhrumdurlar. Bəzən bir şəxs maddi təmənnasız kiməsə xidmət göstərmək istəyir. Həmin şəxsiyyətə xidmət onun üçün dəyərli məqsəddir. O, hətta elm kəsb etmək və ya ictimai mövqeyə çatmaq haqda düşünmür.

Böyük şəxsiyyətlərlə yaxın olmaq, onlarla birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyanlar çoxdur. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir. İnsanlar üçün bu dünyada bu növ işlər qiymətlidirsə, Allaha bəndəlik, Onun hüzurunda olmaq iftixar sayılmazmı?!

BƏHANƏ, YOXSA ARAŞDIRMA?

Deyilənlərdən məlum olur ki, bəzilərində təslimçilik və bəndəlik ruhiyyəsi olmadığından dindarlıq və vəzifədən boyun qaçırmaq üçün bəhanə axtarırlar. Qurani-Kərim bu kimi şəxslərin qiyamətə etiqadları barəsində buyurur: “Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir. “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.” (“Qiyamət” surəsi, ayə 5 və 6.)

Onlar bəhanəçil uşaqlar kimidir. Bəhanələr kəsildikdə, başqa bir bəhanə axtarırlar. Quran bu şəxslər barədə buyurur: “Əgər müşriklər Allahın qüdrətini və peyğəmbərlərin möcüzələrini görsələr, üz döndərib: “Bu uzun müddət davam edən bir sehrdir!” –deyərlər.” (“Qəmər” surəsi, ayə 2.)

Bu kimi şəxslər başçı, mexanik, həkim, xarici dəblər, nəfsani vəsvəsələr və şeytani meyillər qarşısında təslimdirlər. Lakin dini göstərişlərə gəldikdə, tədqiqatçı və müstəqil fikirli olurlar.

BİR SÖHBƏT

Bir gün bir şəxs soruşdu: “Nə üçün sübh namazı iki rükətdir?”

Dedim: “Bilmirəm. Allahın göstərişidir, yerinə yetirilməlidir.”

Bilmədiyimi anlayan kimi ziyalı qiyafəsi aldı və dedi: “Dünya elm dünyasıdır, elmsiz din məqbul deyil...”

Soruşdum: “Nə üçün nar ağacının yarpağı kiçik, üzüm yarpağı isə böyükdür?”

Dedi: “Bilmirəm.” Təkəbbürü azaldı. Mən də həmin qiyafəni alıb dedim: “Qardaş, dünyanın elm dünyası olmasını qəbul edirik. Lakin bu o demək deyil ki, varlığın bütün sirlərini bu gün öyrənməliyik. Şübhəsiz, narın nazik, üzümün isə enli yarpaqları onların meyvələrinin dadı arasında təbiətşünaslar tərəfindən nə vaxtsa kəşf olunacaq bir rabitəsi vardır. Demək, sirlərin varlığını qəbul edirik. Lakin onların hamısını bilmək iddiasında olan şəxsi qəbul etmirik. Əgər hər bir əməldən öncə onun fəlsəfəsini öyrənsək, allahpərəstlik və təslimçilik necə olsun? Vəhy elmdən daha üstün və daha sirlidir! “Namazın sirləri” kitabından, Ustad Möhsün Qəraəti, səh.44-47.)


Hazırladı: Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031