Həcc əməlinin fəlsəfəsi
Mьəllif: admin1
Tarix: 24-07-2018, 19:05
Həcc əməlinin fəlsəfəsi
Həcc – İslamı nümayiş etdirən bir vacibatdır ki, bəşərə Allaha nə qədər təslim olmağımızdan xəbər verir. Dinimiz buyurur ki, hər kimin maddi və sağlamlıq imkanı olar və həcc əməlini yerinə yetirməz – günah etmişdir.

Qurani-Kərim bu haqda buyurur: “Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa, amandadır (amanda olmalıdır).

Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur”. (“Ali-İmran” 97).

Hər kim həcc əməlinə göz yumar – böyük günaha batar. Çünki həccin həm ibadi, həm ictimai və həm də siyasi tərəfləri vardır ki, xüsusi fəlsəfəyə malikdir. Bəzi ibadətlər: infaq və mal paylamaq kimi ibadətlər insanı dünyadan uzaqlaşdırır. Zəkat, xüms, sədəqə də bu cür ibadətlərdəndir. Oruc və namaz kimi ibadətlər insana Allahı yada salar və qəlbin Ona diqqət etməsinə səbəb olar.

Ancaq həcc tamimilə başqa ibadətdir və bu ibadətlərin hədəflərinin çoxunu özündə cəm etmişdir. O ibadətdə dünya nemətlərinin tərki vardır, cismi çətinliklər vardır, mal infaqı vardır, İlahi əhdi yeniləmək vardır, ümumi şuarlarda iştirak etmək vardır. Hər bir müsəlman bu ibadətə alışa bilmir, çünki bu ibadət başqa ibadətlərdən çox fərqlidir. İnsanı həm ruhən, həm də cismən imtahana çəkir.

Lakin məhz bu ibadətdə insanın bəndəlik və ubudiyyət kamalı üzə çıxır. O zaman ki, daş atır, o zaman ki, Səfa və Mərvə arasında səy edir və s. – bəzən insan bu ibadətlərin fəlsəfəsini dərk edə bilmir. Bu ibadətləri sadəcə Allaha itaət etmək üçün yerinə yetirir. Ona görə də Peyğəmbər (s) həcclə bağlı Allaha buyurur: “Allahım, Sənin həccini həqiqətən bəndəlik üçün yerinə yetirdim”.

Bu səbəbdən həcc əməlini insan dərk etməsə də, bu ibadət onun bəndəliyinin səviyyəsini büruzə verər və bu səbəbdən də ən yaxşı ibadət hesab olunur. Çünki insan bu ibadətdə xəlq olmasının hədəfinə çatır.

Bu ibadətin əlbəttə başqa faydaları da vardır, o cümlədən: başqa müsəlmanlarla ülfət yaratmaq, uzaq ölkələrdən gəlmiş alimlərlə tanış olmaq, onların fikirlərini eşitmək, düşüncələrinə həmrəy olmaq, Həzrət Peyğəmbəri (s), İmamları (ə) yada salmaq, İlahi əhkamı yaymaq və sair.

İmam Sadiqin (ə) nəzərinə görə, Peyğəmbərin (s) gəzdiyi torpaqlarda olmaq, onun əsərlərini görmək, Həzrət (s) haqqında yeni xəbərlər eşitmək – həccin başqa faydalarından biridir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031