Peyğəmbərimizin (s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi - İbrətamiz...
Mьəllif: admin1
Tarix: 23-11-2018, 10:21
Peyğəmbərimizin (s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi - İbrətamiz...
Xəbər verildiyi kimi, İslam təqvimi ilə rəbiyəl-əvvəl ayının 12-17-i(bu il 20-25 noyabr) Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın mövludu(doğum günü) həftəsi kimi qeyd edilir. Buna səbəb odur ki, bəzi müsəlman ölkə alimləri həmin müqəddəs tarixin rəbiyəl-əvvəl ayının 12-də, digərləri isə 17-ə təsadüf etməsi qənaətindədir.

İslaminSesi “Qroznıy TV”-yə istinadla xəbər verir ki, Çeçenistan hökuməti bu əlamətdar tarixlə bağlı ibrətamiz tədbirə əl atıb. Peyğəmbər Əfəndimizin (s.ə.v.) doğum günündə(Çeçenistanda noyabrın 20-də qeyd edilib) anadan olmuş çeçen ailələrindən hər birinə hökumət tərəfindən 100 min rubl hədiyyə təyin edilib.

Maraqlıdır ki, Məhəmməd Əleyhissəlamın doğum günündə Çeçen Respublikasında 40 oğlan doğulub. Onlardan 21-ə Məhəmməd, qalanlarına isə müsəlmanların hörmətlə yanaşdıqları digər peyğəmbər və övliyaların adları qoyulub. Xoşbəxt valideynlərə hədiyyələr Qroznı meri İbrahim Zakriyev tərəfindən təqdim ediləcək.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031