Müsəlman dünyası vəhdət həftəsini qeyd edir
Mьəllif: admin1
Tarix: 20-11-2018, 11:03
Müsəlman dünyası vəhdət həftəsini qeyd edir
Tarixçilərin fikrincə, o həzrət fil ilində rəbiul-əvvəl ayının 12 və ya 17-də dünyaya göz açıb. Müsəlmanlar o həzrəti, Qurani-kərimi və onun sünnəsinin İslamın ortaq nöqtəsi kimi qəbul edilməsinin zəruriliyini nəzərə alan mərhum İmam Xomeyninin təşəbbüsü ilə 1979-cu ildə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə "vəhdət həftəsi" elan edilib. Hazırda İslam peyğəmbərinin (s) bu günlərə təsadüf edən təvəllüd günləri bəzi müsəlman ölkələrində "vəhdət həftəsi" kimi qeyd edilməkdədir.

İslam ölkələrində gedən münaqişələrin əsas səbəblərindən birinin məzhəbçilik amili olduğu aydındır. Suriya, İraq, Bəhreyn, Əfqanıstan və digər müsəlman ölkələrində baş verən münaqişələrin həllində birlik həftəsi kimi dəyərlərin olmaması, münaqişələrin intensivləşməsinə səbəb olub. Buna görə də müsəlmanlar birlik həftəsini daha yaxından qavramalı və yaşamalıdırlar.

Qurani-kərim ayələrinə əsasən, Allah İslam peyğəmbərini(s) insanlara və xüsusilə müsəlmanlara hidayət və mərhəmət əlaməti kimi göndərib. Belə şəxsiyyətin doğum günü, təbii ki, insanların və əsasən müsəlmanların birliyinə səbəb olmalıdır.

Ümüd edirik ki, rəbiul-əvvəlin 12-dən başlayan bu Vəhdət və birlik bir həftə boyu deyil, daimi olsun.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930