Şükür edənin və nankorun dəqiq əlamətləri
Mьəllif: admin1
Tarix: 23-11-2018, 10:16
Şükür edənin və nankorun dəqiq əlamətləri
Həmran ibni Əyin nəql edir: “İmam Sadiqə (ə) bu ayənin mənası ilə bağlı sual verdim: “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).

Həzrət (ə) buyurdu: “Ya (öz ixtiyarı ilə əməl edərsə) o, şükür edən və şakirdir və ya tərk edərsə (öz ixtiyarı ilə əməl etməzsə, nankor və) kafirdir””.

Eyni sualı İmam Sadiqə (ə) Zərarə də verir və İmam (ə) ona belə cavab verir: “(Allah) yolu ona nişan vermişdir və əgər o, həmin yolu gedərsə - bu halda şakir olar. Ya o yolu tərk edərsə, bu halda kafir olar”.

Digər tərəfdən, mübarək dinimiz insanlara təşəkkür etməməyi də naşükürlük kimi səciyyələndirir. Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə günahın cəzası tezləşər və Qiyamətə qədər çəkilməz.

1. Ata və ana üçün narahatlıq yaratmaq.

2. İnsanlara zülm etmək.

3. Başqalarının yaxşı əməli qarşılığında naşükürlük etmək”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031