Cəhənnəm – əslində xəstəxana funksiyasını yerinə yetirir
Mьəllif: admin1
Tarix: 15-11-2018, 15:09
Cəhənnəm – əslində xəstəxana funksiyasını yerinə yetirir
Əxlaq ustadlarından olan Ayətullah Nasir İsfahani cəhənnəm haqqında buyurur: “Cəhənnəm əslində Allahın xəstəxanasıdır ki, cəhənnəm əhli orada müalicə olarlar. Hər birinin özünəməxsus dərmanı vardır.

Bəs onların dərmanları nədir?

Müxtəlif əzablar, dünyada müxtəlif xəstəliklərə düçar olmaq... Hər xəstənin öz xəstəliyinə uyğun xəstəxana vardır. Bütün xəstələri eyni xəstəxanaya aparmazlar. Hər bir xəstəyə eyni dərmanı verməzlər.

Allah cəhənnəmdə bu xəstələr üçün təbəqələr, yeməklər və libaslar təyin etmişdir. Qızıl, oda düşmədən xalis olmaz. Eləcə də bu insanların hansı dərəcədə xalis olacaqlarını Allah bilir.

İnsanın günahı nə qədər çox olarsa, xalis olması da bir o qədər uzun çəkər.

Əgər bacarsa, dünyada özünü tövbə və istiğfar edərək xalis edər. Ancaq əgər qafil olsa, çarəsiz gərək bu xəstəxanaların birində müalicə olunsun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031