Behiştdə olan insan hansı yaşda olacaqdır? Cəhənnəm əhlinin geyimi və yeməyi necə olacaqdır?
Mьəllif: admin1
Tarix: 13-02-2018, 21:55
Behiştdə olan insan hansı yaşda olacaqdır? Cəhənnəm əhlinin geyimi və yeməyi necə olacaqdır?
Allahın behiştdə çoxlu nemətləri vardır ki, onları təsəvvür etmək belə, bizim üçün çox çətindir.

O nemətlərdən biri də müəyyən yaşa malik olmaqdır. Hədislərin birində deyilir ki, behişt əhlinin hamısı cavandırlar. 30 və 33 yaş arasında olurlar.

Aydındır ki, bu yaşda olan insanın behişt nemətlərindən faydalanmağa daha çox agahlığı olar. Behişt əhli üçün qocalmaq kimi bir məfhum yoxdur.

Hədislərimiz deyir ki, behiştdə heç bir qəm və qüssə, nöqsan və çatışmamazlıq olmayacaqdır.

Ancaq cəhənnəm ki, zalımların məkanıdır, çox sayda qəm və qüssəyə, narahatçılığa malik olacaqlar. Cəhənnəmdə heç bir xoşluq və şad edən bir şey yoxdur.

Qurani-Kərim onların haqqında buyurur: “Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq”. (“İnsan” 4).

Quran cəhənnəm əhlinin libası barəsində buyurur: “Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir”. (“İbrahim” 49-50).

Cəhənnəm əhlinin qidası barəsində buyurur: “Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə, küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir. Onunla da (həmin su ilə) qarınlarında olanlar və dəriləri əriyəcəkdir”. (“Həcc” 19-20).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930