Allaha 2 cür ibadət
Mьəllif: admin1
Tarix: 14-11-2018, 14:21
Allaha 2 cür ibadət
İbadət və ubudiyyət sözlərinin lüğət mənaları barəsində fikir ayrılıqları mövcuddur. Rağib İsfahani yazır: “Ubudiyyət – zəlilliyi etiraf etmək, ibadət isə zəillliyin son həddidir”.

“Məcmə” kitabında oxuyuruq: “İbadət – lüğətdə həmin zillətdir və o yoldur ki, gedən zaman hamar olar. Qul zillət vasitəsilə əbd olur”.

“Səhah” kitabında oxuyuruq: “Ubudiyyət mütilik və zillətdir. İbadət isə itaətdir”.

“Əqrəbil-məvarid” kitabında oxuyuruq: “İbadət – itaət, Allah Təalaya edilən təzimin son həddidir”.

Allaha iki cür ibadət olunar: Biri göstərişlərini yerinə yetirməkdir. Yəni, gündəlik həyatda halallarına əməl edib, haramlarından çəkinməkdir. Bu ibadətin mənası itaətdir. “İyyəkə nəbudu və iyyəkə nəstəin” ayəsinin mənası da məhz bu cür ibadətdir.

O biri ibadət isə bəndənin Allah qarşısında zəlil və müti olmasıdır. Allahı hər bir pislikdən pak və müqəddəs hesab etmək və dildə zikrlərini söyləməkdir: Allahu Əkbər, Sübhənallah, Əlhəmdulillah kimi. Bədəni ilə rüku və səcdə etməkdir. Məbudu hər şeydən böyük hesab etməkdir. “Bütün həmdlərin sahibi ancaq Odur” – deməkdir.

Ona görə də ubudiyyət bir insanın təkamül zirvəsi və Allaha qürb məqamıdır. Ubudiyyət heç bir şərt qoymadan Allaha itaət etməkdir.

Ubudiyyət odur ki, bəndə Həqiqi Məbudunun razılığından qeyrisini düşünməz və ancaq Onun yolunda addım atar.

İbadət sözünün mənası o qədər genişdir ki, hətta kiminsə sözlərinə əməl etmək niyyətilə ona qulaq asmaq belə, ibadət hesab olunur.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, xətibin sözlərinə qulaq asar (əgər bu qulaq asması təslim üzündən olarsa), ona pərəstiş etmiş olar. Əgər bu xətib Allah tərəfindən söz deyərsə - Allaha pərəstiş etmiş olar. Əgər İblis tərəfindən sözlər deyərsə - İblisə ibadət etmiş olar”.

Ariflərin nəzərinə görə isə ibadət odur ki, dünyanın sənin nəzərində qədri olmasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930