Ayətullah Məkarim Şirazi: "Camal Qaşıqçı cinayəti Qərbin və ABŞ-ın insan haqları çağırışlarının yalan olduğunu ortaya çıxardı"
![]() "Səudiyyəli jurnalistin öldürülüməsi beynəlxalq insan haqlarının pozulmasıdır. Ali Səud ailəsi Qərbin, xüsusilə də Tramp administrasiyasının birmənalı dəstəyinə sahibdir. Qərbin və ABŞ-ın insan haqları çağırışlarının yalan olduğu ortaya çıxdı. Əsl məqsədləri Səudiyyə Ərəbistanını qorxudaraq, onların pulun almaq idi". Xatırladaq ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirilməsi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf etdi. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Deyerler.org Oxşar xəbərlər
|