İmam Zaman ağanın (ə.f) zühurunda ona yardım edəcək peyğəmbərlər (ə)
Mьəllif: admin1
Tarix: 8-10-2022, 10:34
İmam Zaman ağanın (ə.f) zühurunda ona yardım edəcək peyğəmbərlər (ə)
Axırəz-zamanda İmam Zaman ağaya (ə.f) yardım edəcək peyğəmbərlər (ə) barəsində bizə çatan hədislər iki dəstədir.

Onların bir dəstəsi bəyan edir ki, bəzi peyğəmbərlər (ə) bu zühurun baş verməsinə yardım edəcəklər. O peyğəmbərlər (ə) ibarətdir:

1. Böyük İslam Peyğəmbəri (s). İmam Baqir (ə) buyurur: “Əgər Ali-Muhəmmədin Qaimi (ə.f) zühur edərsə, onun ardınca gələn ilk kəs Muhəmməddir (s).

İkinci nəfər isə Əlidir (ə)”. Şeyx Tusi yazır: “Məhdinin (ə.f) zamanında peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) geri qayıdacaqdır”.

2. Həzrət İsa (ə). İmam Rza (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “O zaman ki, övladlarım olan Məhdi (ə) zühur edəcəkdir, İsa ibn Məryəm (ə) nazil olacaqdır və onun arxasında namaz qılacaqdır””.

3. Həzrət Xızır (ə). İmam Rza (ə) buyurur: “Allah qeyb zamanı bizim Qaimin (ə.f) dəhşətini onun vasitəsilə (Həzrət Xızır (ə)) tanışlığa çevirəcəkdir. Tənhalığını onun vasitəsilə aradan aparacaqdır”.

Bu hədisdə İmam Rza (ə) Xızır peyğəmbərə işarə edir və buyurur ki, qeyb zamanı İmamın (ə.f) tənhalığını məhz bu peyğəmbər aradan aparacaq və ona dəstək olacaqdır.

4. Həzrət İlyas (ə). Həzrət İlyas (ə) da Həzrət İsa (ə) kimi sağdır və ehtimal verilir ki, o, da zühur zamanı nazil olsun.

Başqa dəstə hədislər isə bütün peyğəmbərlərin (ə) zühur zamanı nazil olacağını bəyan edir. Misal üçün:

İmam Baqir (ə) buyurur: “Allah Adəmdən (ə) indiyə qədər elə bir peyğəmbər göndərməmişdir, məgər o halda ki, geri qayıdacaq və Əmirəl-mömininə (ə) yardım edəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930