Bu düzdürmü ki, İmam Hüseyn (ə) rəcətdən sonra 300 il hökumət edəcəkdir?
Mьəllif: admin1
Tarix: 19-10-2018, 09:21
Bu düzdürmü ki, İmam Hüseyn (ə) rəcətdən sonra 300 il hökumət edəcəkdir?
Həqiqətən də, İmam Hüseyn (ə) rəcət zamanı zühur edən İmamlardan (ə) olacaqdır. Bu haqda çox sayda hədislərimiz vardır.

Belə ki, hədislərimiz buyurur ki, ilk rəcət edən İmam – İmam Hüseyn (ə) olacaqdır. İmam Sadiq (ə) nəql edir:“Rəcət zamanı qayıdan ilk kəs – Hüseyndir (ə). Dünyada o qədər qalacaqdır ki, qaşları gözünün üstünü alacaqdır”.

İmam Baqir (ə) nəql edir: “İmam Hüseyn (ə) buyurmuşdur: “Qiyamətdən əvvəl yer aralanan zaman ilk çıxan kəs mən olacağam. Peyğəmbər (s) qılıncını Ali-Qaimin (ə) əlinə verəcəkdir. Ondan sonra biz Allahın istədiyi qədər yer üzündə qalacağıq”.

Həzrət Hüseynin (ə) hökumət etdiyi zaman barəsində iki nəzər vardır.

Bir dəstə onun nə qədər müddət hökumət edəcəyini dəqiq demir, bu zamanın uzunmüddətli olduğunu bəyan edir. Əvvəlki hədislərdə bəyan olunduğu kimi.

Bir dəstə isə onun hökuməti üçün müəyyən müddət təyin etmişdilər.

Ancaq bu zamanların miqdarı müxtəlif bəyan olunmuşdur.

Belə ki, Əllamə Məclisi “Rəcət” kitabında yazır ki, İmam Hüseyn (ə) İmam Zaman ağadan (ə.f) sonra yer üzündə 309 il hökmranlıq edəcəkdir.

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq: “Rəcət zaman ilk qayıdan kəs Həzrət Hüseyn ibni Əli (ə) olacaqdır. Yer üzündə 40 il hökmranlıq edəcəkdir”.

Beləliklə deyə bilərik ki, rəcət zamanı ilk zühur edən İmam – Seyyidüş-şühəda (ə) olacaqdır. Ancaq İmam Zaman ağadan (ə.f) sonra nə qədər hökmranlıq edəcəyi barəsində birmənalı dəqiq məlumat yoxdur.

Hər bir halda hədislərimizin buyurduğuna görə, Həzrət Hüseyn (ə) uzun müddət yer üzərində hökmranlıq edəcək və bu zaman yaşlaşacaqdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930