Quran haqq və batili ayırd edəndir
![]() "Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!" (Furqan, 1). İzah: Quranın adlarından biri “Furqan”dır. Furqan haqq və batili ayıran deməkdir. Quran həqiqətin xüsusiyyətlərini bəyan etməklə və həqiqət əhlini vəsf etməklə hamının bəhanəsini kəsmişdir. Qeyd edək ki, “لِلْعَالَمِينَ” (lil-aləmin) ifadəsi Quranın dəvətinin cahanşümul olmasını və bu müqəddəs kitabın dövrlərin fövqündə olmasını göstərir. Hədis: İmam Əli (ə): Allah rəsulunun (s) belə dediyini eşitdim: “Cəbrayıl mənim yanıma gəldi və bildirdi ki, sənin ümmətin böyük bir fitnəyə düçar olacaq”. “Ondan çıxış yolu nədir?” – deyə soruşdum. “Allahın kitabı” – deyə cavab verdi”. (Təfsiri-Əyyaşi, c. 1, səh. 3, hədis: 2). Oxşar xəbərlər
|