Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı
Mьəllif: admin1
Tarix: 14-08-2022, 10:45
Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı
Davud Rəqqi nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətində idim və Həzrət (ə) su istədi. Suyu içən zaman gördüm ki, İmamı (ə) ağlamaq tutdu. Mübarək gözlərinin ikisi də göz yaşına qərq oldu.

Sonra mənə buyurdu: “Ey Davud! Allah Hüseynin (ə) qatilinə lənət etsin. Elə bir bəndə yoxdur ki, su içsin, Hüseyni (ə) yada salsın və qatilini lənətləsin, məgər o halda Mənnan Allah onun üçün yüz min həsənə yazar, yüz min günahını məhv edər və dərəcəsini yüz min dərəcə qaldırar.

Sanki yüz min qul azad etmişdir. Allah Təala onu Qiyamət günü aram və əmin qəlblə məhşur edəcəkdir”.

Allah Təala bizləri İmam Hüseynlə (ə) məhşur etsin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031